Kapital Bank "Globee–Innovation Awards"dan qızıl mükafata layiq görüldü
Ölkənin birinci bankı Kapital Bank müştəri məmnuniyyəti və xidmət keyfiyyətinin artırılması istiqamətində həyata keçirdiyi "Müştəriyönümlü transformasiya" layihəsi ilə beynəlxalq arenada növbəti böyük uğura imza atıb.
azxeber.com xəbər verir ki, bank dünyanın ən nüfuzlu mükafat proqramlarından olan "Globee–Innovation Awards" tərəfindən "Customer Success–Outstanding Achievement of the Year" "Müştəri uğuru–İlin görkəmli nailiyyəti" kateqoriyasında qızıl mükafata layiq görülüb.
Bununla yanaşı, bank eyni kateqoriyada bütün beynəlxalq rəqibləri arasında ən yüksək balı toplayaraq "Best of Category"- "Kateqoriyanın ən yaxşısı" xüsusi mükafatını da qazanıb. Bu nailiyyət bankın müştəri təcrübəsini təkmilləşdirmək üçün tətbiq etdiyi innovativ yanaşmaların və həyata keçirdiyi uğurlu layihələrin beynəlxalq səviyyədə tanınmasının bariz nümunəsidir.
Qeyd edək ki, 2003-cü ildən təşkil olunan və qlobal biznes ictimaiyyətində yüksək nüfuza malik olan "Globee Awards" proqramı müxtəlif sahələrdə innovasiya, liderlik və müştəri təcrübəsi kimi istiqamətlərdə əldə edilən üstün nailiyyətləri qiymətləndirir. Builki müsabiqədə 4 əsas və 1666 alt kateqoriya üzrə dünyanın müxtəlif ölkələrindən startaplar, KOBİ-lər, böyük şirkətlər və dövlət qurumları iştirak edib.
Kapital Bank-ın Bank Əməliyyatları Ofisinin lideri Məhəmməd İbrahimov qazanılan uğurla bağlı fikirlərini bölüşüb: "Biz "Müştəriyönümlü Transformasiya" layihəmizlə müştərilərimizə ən yüksək standartlara cavab verən, sürətli və şəffaf xidmət göstərməyi hədəfləyirdik. Beynəlxalq səviyyədə ən yaxşılar arasında seçilməyimiz, komandamızın peşəkarlığının və müştərilərimizə olan diqqətimizin nəticəsidir. Bu nailiyyət bizi gələcəkdə daha innovativ həllər tətbiq etməyə və müştəri məmnuniyyətini daha da yüksəltməyə ruhlandırır. Birlikdə daha böyük uğurlar qazanacağımıza inanıram".
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam