Kapital Bank Hüseyn Cavid filialını açdı
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank müştərilərə daha əlçatan olmaq məqsədilə yeni filialını istifadəyə verdi. Bu dəfə açılan filial Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə Ə. Haqverdiyev və Ş. Mehdiyev küçələrinin kəsişməsində (Elmlər Akademiyası metrostansiyası, "Mothercare" mağazasının yaxınlığında) yerləşir. Hüseyn Cavid filialı müştərilərə ənənəvi bank xidmətləri göstərmək üçün bütün zəruri imkanlara və şəraitə malikdir.
Kapital Bank-ınHüseyn Cavid filialı müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir.
Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən Bakı və regionlarda həyata keçirdiyi filial şəbəkəsinin transformasiyası layihəsini həyata keçirir. İndiyədək70-dən çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 40-dan çox yeni filial və şöbə istifadəyə verilib. Layihənin davamı olaraq ilin sonuna qədər bir sıra şəhər və rayonlarda yeni xidmət nöqtələri açılacaq, həmçinin bəzi filial və şöbələr əsaslı təmir olunaraq müştərilərin xidmətinə veriləcək.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi - 109 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün - ,Birbank kartı sifarişi üçün - .




İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"