Kapital Bank-ın Cəbrayıl filialının açılışı baş tutdu
Ölkənin birinci bankıKapital Bank artıq Cəbrayıl sakinlərinə də xidmət göstərəcək.
azxeber.com xəbər verir ki, Cəbrayıl rayonu,Elsevər Paşayev küçəsi bina 3 ünvanında fəaliyyətə başlayan filialın açılışındadövlət rəsmiləri, bankın nümayəndələri və şəhər sakinləri iştirak ediblər.
Açılışda çıxış edənKapital Bank-ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə böyük qayıdışın dəstəkçilərindənbiri olan Kapital Bank-ın Qarabağda daha bir filialının açılmasını bank üçüntarixi hadisə olaraq dəyərləndirib. "30 il sonra azadlığına qovuşan doğma yurdumuzaqayıdan insanlara xidmət göstərmək komandamız üçün olduqca qürurverici və məsuliyyətlidir.Bildiyiniz kimi Kapital Bank-ın strategiyasının mərkəzində müştəri məmnuniyyətidayanır. Mən əminəm ki, komandamız Cəbrayıl sakinlərinə xidməti ilə onlarınbizim üçün nə qədər dəyərli olduqlarını hiss etdirəcəklər. Ümid edirəm ki, bu yeni filial həm sakinlər, həm də bütün Qarabağ bölgəsi üçün faydalı olacaq".
Yeni konsepsiya əsasında təqdimedilən Laçın filialı həftə içi 5 gün saat 9:00-dan 18:00-dək müştərilərə ənyüksək səviyyədə xidmət göstərəcək. Filial bunun üçün bütün zəruri şəraitə vəimkanlara malikdir. Burada Cəbrayıl sakinlərinə əmanətlər, plastik kartlar,müxtəlif növ kreditlər və digər məhsullar, hesablaşma-kassa əməliyyatları,valyuta mübadiləsi kimi əməliyyatlar da daxil olmaqla bütün növ bank xidmətləritəklif olunur.
Ölkədə ən böyük filial şəbəkəsinəmalik olan Kapital Bank-ın filiallarının sayı Cəbrayıl filialının açılışınınardından 119-a çatdı. Tezliklə bankın Şuşa filialının da açılışıplanlaşdırılır.
Ölkənin birinci bankı olanKapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi,119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləribarədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankınmüxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pulkrediti sifarişi üçün— , Birbank kartı sifarişi üçün —.

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır