Kapital Bank-ın sponsorluğu ilə "InMerge Innovation Summit" keçiriləcək

Kapital Bank-ın sponsorluğu ilə Ölkənin birinci bankı Kapital Bank–ın sponsorluğu ilə innovasiya dünyasında dinamika yaradan "InMerge Innovation Summit" baş tutacaq. Artıq 3-cü ildir ölkəmizdə keçirilən sammit dünyanın aparıcı texnologiya şirkətlərini, bu sahənin liderlərini, startapları və innovatorları bir araya gətirir. Layihənin məqsədi innovasiya texnologiyaları sahəsindəki yenilikləri bölüşmək, güclü əlaqələr yaratmaq və sahənin ölkəmizdəki inkişafına təkan verməkdir.
Sammitdə elektron ticarətin uğurlu şirkətlərindən biri "Trendyol Group"un prezidenti Çağlayan Çetin, məşhur TED spikeri Maykl Ringel, "Shazam"ın təsisçisi Kris Barton kimi bir çox beynəlxalq ekspertlər iştirak edəcəklər. "InMerge Innovation Summit"in qonaqlarından biri də "Apple" şirkətinin qurucularından olan məşhur kompüter mühəndisi Stiv Voznyak olacaq. O, innovasiyalar sahəsindəki son yeniliklərdən, şəxsi layihələrindən danışacaq.
Tədbirdə Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev, PAŞA Holding-in Baş İcraçı direktoru Cəlal Qasımov, Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov öz fikirlərini və təcrübələrini bölüşəcəklər.
Sammitdə elektron ticarət, sığorta texnologiyaları, süni intellekt, telekommunikasiya və bir çox mövzuda təqdimatlar ediləcək, müzakirələr və seminarlar baş tutacaq.
30 noyabr-1dekabr tarixlərində, Bakı Konqres Mərkəzində baş tutacaq tədbir haqqında ətraflı məlumat almaq və bilet əldə etmək üçün inmerge.az veb-saytını ziyarət edə bilərsiniz.
Ölkəninbirinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ənböyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir.Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  saytına,196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinəmüraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — , Birbankkartı sifarişi üçün — . / azxeber.com

İqtisadiyyat       Tarix: 15 sentyabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR

15 oktyabr tarixində Yaponiyada səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovl

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy


yeni xeberler son xeberler azerbaycan xeberleri maliyye xeberler bugun xeber.az şou biznes xəbərləri cəbhədən ən son xəbər