"Kapital Bank" qeyri-neft sektoru üzrə vergi rekordçusu seçildi

İqtisadiyyat Nazirliyində "Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya" mövzusunda Forum keçirilib.
Tədbirdə dövlət qurumlarının rəhbərləri, sahibkarlar və ekspertlər iştirak edib, ölkənin vergi siyasətində əldə olunan uğurlar və gələcək hədəflər müzakirə olunub. Forum çərçivəsində müxtəlif nominasiyalar üzrə fərqlənən vergi ödəyicilərinə sertifikatlar təqdim edilib. "Kapital Bank" "Qeyri-neft sektoru üzrə vergi rekordçusu" nominasiyasında sertifikata layiq görülüb.
Qeyd edilib ki, forum İqtisadiyyat naziri Mikayıl Cabbarovun çıxışı ilə açılıb. Nazir vergi sisteminin ölkə iqtisadiyyatındakı rolunu vurğulayaraq, onun təkcə fiskal orqan deyil, həm də biznes mühitinin inkişafına, şəffaflığın artırılmasına və sahibkarlarla səmərəli tərəfdaşlıq münasibətlərinin qurulmasına xidmət edən bir institut olduğunu bildirib. Forum çərçivəsində Prezident İlham Əliyevin Forum iştirakçılarına ünvanladığı məktub da səsləndirilib.
Ölkənin aparıcı maliyyə institutlarından biri olan "Kapital Bank" uzun illərdir qeyri-neft sektorunun inkişafına dəstək verir və sahibkarların maliyyə resurslarına çıxışını asanlaşdıran layihələr həyata keçirir. Bankın vergi öhdəliklərinin icrasında fəallığı və iqtisadi şəffaflığın gücləndirilməsinə verdiyi töhfə bu sertifikatla qiymətləndirilib.
Tədbirdə çıxış edən rəsmilər vergi inzibatçılığının təkmilləşdirilməsi, biznes mühitinin şəffaflaşdırılması və sahibkarlığın dəstəklənməsi istiqamətində aparılan islahatların ölkə iqtisadiyyatına verdiyi müsbət təsiri vurğulayıblar. Kapital Bankın da qeyri-neft sektorunda vergi öhdəliklərini yüksək səviyyədə yerinə yetirməsi bu siyasətin uğurlu nəticələrindən biri kimi qeyd olunub.
"Kapital Bank" Azərbaycan Əmanət Bankının varisi kimi 151 ildir ki, uğurla fəaliyyət göstərir. Hazırda "Kapital Bank "Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. Universal bank olan "Kapital Bank" 5 milyondan çox fiziki və 22 mindən artıq hüquqi şəxsə xidmət göstərir. Eyni zamanda, "Kapital Bank" dövlətin həyata keçirdiyi bir sıra sosial proqramlarda yaxından iştirak edir və real sektorun inkişafı üzrə bir sıra proqramları həyata keçirir.
Ətraflı məlumat üçün:  / azxeber.com

İqtisadiyyat       Tarix: 14 fevral 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib

PAŞA Bank-ın dəstəyi və Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabr ayında Xocalı rayonunun Əsgəran qəsəbəsində 400 pavloniya ağacı əkilib. Təşəbbüs beynəlxalq Enactus proqramı çərçivəsind

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB


son xeberler yeni xeberler azerbaycan xeberleri xeber.az son xeberler metbuat xeberleri maliyye xeberler bugun bugunun xeberleri