Kapital Bank sahibkarlar üçün yeni şöbə açdı
Ölkənin ən geniş filial şəbəkəsinəmalik olan Kapital Bank sahibkarlara göstərilən xidmətləri daha əlçatan vərahat etmək üçün Bakı KOB evində yeni şöbəsini açdı.
azxeber.com xəbər verir ki, yeni KOB şöbəsi Bakı şəhəri, Akademik Ziya Bünyadov prospekti 38C, 1969-cu məhəllə ünvanında fəaliyyət göstərir.
KOB şöbəsində müştərilərfiziki və hüquqi şəxslər üçün hesabların açılması, kassa-hesablaşma əməliyyatları,əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlarkimi bir çox bank məhsulları və xidmətlərindən yararlana bilərlər.
Qeyd edək ki, Kapital Bank birneçə il əvvəl ölkə üzrə həyata keçirdiyi filial şəbəkəsinin transformasiyası layihəsinitam bitirsə də, müştəri xidməti keyfiyyətini artırmaq üçün bir sıra işləri davamlıolaraq həyata keçirir. Paytaxt Bakı ilə yanaşı regionlarda da bank xidmətlərinidaha əlçatan etmək məqsədilə yeni xidmət nöqtələri açılır. Bu kimi işlər gələcəkillərdə də davam etdiriləcək.
Ölkənin birinci bankı olanKapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi —114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləribarədə daha ətraflı məlumat almaq üçün saytına,196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinəmüraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — , Birbank kartı sifarişiüçün — .



Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu