Kapital Bank şəhid əməkdaşının adını daşıyan filialının açılışını etdi

Kapital Bank şəhid əməkdaşının adını daşıyan filialının açılışını etdiKapital Bank müştərilərə göstərdiyi xidmət şəbəkəsini genişləndirərək daha bir yeni filialının açılışını həyata keçirdi. Filial, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan, Kapital Bank-ın əməkdaşı olan Fərhad Fərhadlının adını daşıyır. Yeni filial Fərhadın boya-başa çatdığı Sumqayıt şəhərində açıldı. Sumqayıt şəhəri, 3-cü mikrorayon, Sülh küçəsi 33D ünvanında fəaliyyət göstərən filial müştərilərə ənənəvi bank xidmətləri göstərmək üçün bütün zəruri imkanlara və şəraitə malikdir.
Açılış mərasimində Fərhad Fərhadlının ailə üzvləri, valideynləri, bizə əmanət qoyduğu qızı İnci, həmçinin Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev, Azərbaycan Respublikası Mərkəzi Bankının və Sumqayıt şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri iştirak edirdi. Tədbir zamanı çıxış edən qonaqlar Fərhadın həyatı, ailəsi, təhsili, karyerası, şəxsi keyfiyyətləri barədə olan xatirələri ilə bölüşdülər. Filialın daxilində tərtib edilmiş xüsusi guşəyə Kapital Bank adından əklil qoyuldu. 00:10
Qeyd edək ki, Fərhad Fərhadlı 8 dekabr 1993-cü ildə Sumqayıt şəhərində anadan olub. 2011-ci ildə Sumqayıtdakı 12 saylı orta məktəbi bitirib, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Menecment ixtisasına qəbul olub. 2016-cı ildə hərbi xidmətə yollanıb. Aprel döyüşlərində də iştirak edib. 2017-2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin İdarə olunması ixtisası üzrə magistr təhsili alıb.
44 günlük Vətən Müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və qarşısına qoyulan vəzifə və tapşırıqları yerinə yetirən zaman, 20 oktyabr 2020-ci il tarixində düşmən üzərinə hücuma keçərkən 3 yaralını xilas edib, 4-cü yaralını çıxararkən şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikası Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən Fərhad Fərhadlı ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 113 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — , Birbank kartı sifarişi üçün — .
Kapital Bank şəhid əməkdaşının adını daşıyan filialının açılışını etdiKapital Bank şəhid əməkdaşının adını daşıyan filialının açılışını etdiKapital Bank şəhid əməkdaşının adını daşıyan filialının açılışını etdiKapital Bank şəhid əməkdaşının adını daşıyan filialının açılışını etdiKapital Bank şəhid əməkdaşının adını daşıyan filialının açılışını etdi/ azxeber.com

İqtisadiyyat       Tarix: 16 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql


yeni xeberler son xeberler azerbaycan xeberleri cebheden xeber son xeberler 2026 son xeber az hava haqqinda