"Kapital Bank"a yeni sədr təyin edildi
"Kapital Bank" ASC-nin İdarə Heyətinin (İH) sədri Rövşən Allahverdiyev vəzifəsindən azad edilərək qurumun Müşahidə Şurasının (MŞ) sədri təyin olunub.
azxeber.com bu barədə Banka istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı qərar "Kapital Bank"ın səhmdarlarının ötən gün keçirilmiş növbəti ümumi yığıncağında qəbul edilib. R.Allahverdiyev yeni vəzifəsində Bankın daxil olduğu "PAŞA Holdinq" MMC-nin Baş İcraçı direktoru Cəlal Qasımovu əvəzləyib. O, bundan sonra fəaliyyətini MŞ-nın üzvü kimi davam etdirəcək.
Digər qərara əsasən isə "Kapital Bank"ın İH sədrinin I müavini Fərid Hüseynov sədr təyin olunub. O, 2015-ci ildən İH-nin üzvüdür.
Xatırladaq ki, "Kapital Bank" 2006-cı ildə Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. Onun nizamnamə kapitalı 265,85 milyon manatdır. Bankın əsas səhmdarı "PAŞA Holdinq" MMC-dir.


Bakıda avtomobil piyadanı vurub
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR