Kar eşitdiyini, kor gördüyünü buraxmaz: Paşinyanın dörd sənəd barədə yalanları - TƏHLİL

Kar eşitdiyini, kor gördüyünü buraxmaz: Paşinyanın dörd sənəd barədə yalanları - TƏHLİLKar eşitdiyini, kor gördüyünü buraxmaz: Paşinyanın dörd sənəd barədə yalanları - TƏHLİL
Azərbaycanda yaxşı bir atalar sözü var: "kar eşitdiyini, kor tutduğunu buraxmaz". Təsəvvür edin, biri cinayət törədir və sonra məsuliyyətdən qaçmağa çalışır, özünə alibi qazana bilməyəndə həyasızlığa keçir. Güclü arqumentlər və qüsursuz məntiqi mühakimələr onu küncə sıxışdıranda isə dil tapmağa çalışar.
Ermənistan dövləti də belədir, hərbi cinayətlərə imza atıb, azərbaycanlılara qarşı qanlı əməllərin sifarişçisi və icraçısıdır. Qarşılarına minlərlə fakt qoysan da, görüntülər təqdim etsən də, yenə də dövlət olaraq heç nəyi boyunlarına almayacaqlar, aciz qaldıqda da "dil tapmaq" üçün gülünc təkliflər səsləndirəcəklər.
Ermənistan kordur və kardır, nəyisə görmək istəmir, həqiqətləri qulaqlarına pıçıldayanda belə həyasızcasına özlərinin məzlum obrazlarını yaradırlar.
Ermənistan həm də iqtisadi, siyasi, demoqrafik, sosial cəhətdən bərbad günlərini yaşayır, beynəlxalq enerji layihələrinə də boylanıb baxa bilmir, çünki işğalçı siyasəti onu kor edib, bütün beynəlxalq və enerji layihələrindən kənara tullayıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə ölkəsinin siyasətinin korluğunu və karlığını bir daha nümayiş etdirir. BBC-də yayımlanan "Hard talk" verilişinin qonağı olan Nikol Paşinyan aparıcı Stiven Sakurun çətin sualları qarşısında əzilib-büzülür, dişsiz arqumentləri ilə diqqət çəkir. Onun mənasız, populist, faktlardan çox ideoloji təbliğata yönələn fikirlərinin hamısının üzərində dayanmayacağıq.
Bu yazıda erməni baş nazirin BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altındakı torpaqları ilə bağlı qəbul etdiyi qətnamələrə dair yanaşmalarındakı səhvləri göstərməyə çalışacağıq.
BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanın işğalını pisləyən qətnamələr (müvafiq olaraq 822, 853, 874 və 884 saylı) qəbul edib.
Nikol Paşinyan ənənəvi tezisini təkrarlayır, deyir ki, həmin qətnamələrdə Ermənistan silahlı qüvvələrinin deyil, yerli erməni özünümüdafiə qoşunlarının adları qeyd olunur.
Paşinyan bununla qətnamələrdə Ermənistanın üzərinə heç bir məsuliyyət qoyulmadığını çatdırmağa çalışır, amma görünür ya qətnamələrin məzmunundan və çağırışından xəbərsizdir, ya da bilərəkdən manipulyasiyaya yol verir.
822 saylı qətnamədə yerli erməni qüvvələrinin Kəlbəcərə hücum etdiyi bildirilir, amma eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələsi vurğulanır.
Qətnamənin üçüncü cümləsində BMT Təhlükəsizlik Şurası Azərbaycanla Ermənistan arasında əlaqələrin pisləşməsindən ciddi narahatlığını ifadə edir. Demək ki, burada Ermənistanın üzərinə məsuliyyət qoyulur, Ermənistanın məsuliyyəti kontekstində yerli erməni qüvvələrinin adı çəkilir. Yəni Ermənistanın Qarabağ separatçıları ilə əlbir olmalarına işarə edilir.
Qətnaməyə fərqli rakursdan, obyektiv yanaşmaq üçün həmin sənədin bəndlərinə diqqətlə nəzər yetirmək lazımdır.
Qətnamənin birinci bəndində göstərilir ki, bütün işğalçı qüvvələr Azərbaycanın Kəlbəcər rayonundan və Azərbaycanın digər işğal edilmiş ərazilərindən geri çəkilsin.
Birincisi, burada "bütün işğalçı qüvvələr" deyilərkən təkcə yerli erməni birləşmələri nəzərdə tutulmur, Paşinyan isə qətnamədəki bir sözdən yapışaraq Ermənistanı məsuliyyətdən kənarda saxlamağı hədəfləyir, ancaq o məqsədinə nail olmur.  
İndi isə BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinə baxaq. Bu sənədi də 822 saylı qətnamənin davamı hesab etmək olar.
Bu sənəddə də 822 saylı qətnamənin bəndləri təkrar olunur – amma Ağdamın işğalı kontekstində.
Gələk 874  saylı qətnaməyə. Qətnamədə sülhyaratma üçün çağırışlar edilir, bir daha Azərbaycanın ərazilərinin işğalda olduğu vurğulanır.
884 saylı qətnamədə də Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın ərazisi kimi göstərilib.
Qətnamədə Zəngilan rayonu və Horadiz şəhərinin zəbti, mülki əhaliyə hücum və Azərbaycan Respublikası ərazisinin atəşə tutulması pislənilir.
Qətnamədə, ümumiyyətlə, atəşkəs hallarının pozulması pislənilir, amma sənəddə Azərbaycana qarşı hər hansı ittiham yer almayıb.
Paşinyan isə "Hard talk"da çətin durumdan çıxmaq üçün çabalayarkən qətnamələrin mahiyyətini fərqli formada çatdırmağa cəhd edir.
884 saylı qətnamədə Ermənistanın üzərinə konkret məsuliyyət qoyulur.
Tələb olunur ki, Ermənistan hökuməti Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi ermənilərinə öz təsir imkanlarından istifadə etməlidir.
Paşinyanın məlum qətnamələrin məzmunundan kontektsdən çıxarılmış məna ilə manipulyasiyaya getməsi yalnız Ermənistanın işğalçı siyasətini ört-basdır etməyə və beynəlxalq ictimaiyyəti aldatmağa hesablanıb.
Paşinyan onu da demir ki, həmin qətnamələrin hamısında Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə dəstək ifadə olunub.
Aqşin Kərimov /oxu.az

Siyasi       Tarix: 15 avqust 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Əhmədinecad Mossad-la əməkdaşlıq iddiası ilə həbs edildi

İranın keçmiş prezidenti Mahmud Əhmədinecad İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat qanadı tərəfindən saxlanılaraq ev dustaqlığına yerləşdirilib. xarici agenltiklərə istinaədn xəbər veir rki, bu barədə Th

ABŞ İrana qarşı yeni hücum dalgasına başladı

ABŞ qüvvələri İrandakı hədəflərə qarşı gün ərzində ikinci dəfə hava əməliyyatına başlayıb. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı bəyanatda bildirilir ki, hücumlar yerli vaxtla saat 15:00-da start götürüb. KONKRET.azxəbə

Yeni müdafiə naziri məlum oldu

Ukrayna prezidenti Volodimir Zelenski müdafiə naziri vəzifəsinə Yevgeni Xmaranın namizədliyini irəli sürüb. xəbər verir ki, hüquqi prosedurlar başa çatana qədər Xmara Müdafiə Nazirliyinin rəhbəri vəzifəsini icra edəcək, dah

Pelleqrini İlham Əliyevə xizək hədiyyə etdi

İyulun 14-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə geniş tərkibdə görüşü olub. xəbər verir ki, görüşdən sonra qarşılıqlı hədiyyələr təqdim olunub

Tramp Əliyevin sözlərini "Truth Social"da paylaşdı

ABŞ Prezidenti Donald Tramp "Truth Social" səhifəsində Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada keçirilən IV Qlobal Media Forumundakı çıxışına həsr olunmuş "Breitbart News" məqaləsinə keçid paylaşıb

Azərbaycanla Malayziya arasında viza rejimi ləğv edilir

Azərbaycan və Malayziya arasında vizasız rejimin tətbiqi istiqamətində işlər aparılır və yaxın aylarda bu məsələ ilə bağlı irəliləyiş gözlənilir. KONKRET.azxəbər verir ki, bunu Milli Məclisin Azərbaycan-Malayziya parlamentləraras

Rusiya elitası Bodruma nə üçün yığıldı? - SENSASİON DETALLAR

Türkiyənin Egey dənizi sahilləri, xüsusilə Bodrumun turizm mərkəzləri son günlər Rusiyanın ən varlı simalarının və Kremlin yüksək eşalonuna yaxın şəxslərin lüks gəmilərinin dayanacağına çevrilib. Bölgədəki müşahidələr təsdiqləyi

Ceyhun Bayramov Moskvaya gedir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək. Bu barədə Rusiya mediası ölkənin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovaya istinadən məlumat yayıb. Onun sözlərin

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə bir arada - Fotolar

İyulun 14-də Şuşa şəhərində fövqəladə hallar naziri general-polkovnik Kəmalədin Heydərov Slovakiya Prezidenti Peter Pelleqrininin rəsmi səfəri çərçivəsində nümayəndə heyətinin tərkibində Azərbaycana gələn Slovakiyanın daxil


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxəbərlər kriminal xeberler sonxabar ən son xəbərlər