"Karantin qaydalarının yumşaldılması hələ tezdir" - Baş infeksionist

"Karantin qaydalarının yumşaldılması hələ tezdir" - Baş infeksionistMilli.Az Azərbaycanın baş infeksionisti Cəlal İsayevin "Qafqazinfo"ya müsahibəsini təqdim edir:
- Cəlal bəy, Azərbaycanda aprelin 20-dək xüsusi karantin rejimi elan olunub. Prezident İlham Əliyev dünən keçirilən müşavirədə bildirib ki, mütəxəssislərin rəyi əsasında təhlillər aparıldıqdan sonra karantin müddəti ilə bağlı qərar veriləcək. Sizcə, Azərbaycandakı hazırkı vəziyyətdə karantinlə bağlı hansı qərarın verilməsi uyğundur?
- Son dövrlər xəstələnmə hallarında azalma, stabilləşmə var. İnsanların deyilən qayda-qanunlara müəyyən qədər əməl etməsi və həyata keçirilən tədbirlər nəticəsində bu azalma müşahidə olunur. Lakin koronavirus haqqında biz qısa müddətli müşahidələr əsasında konkret bir proqnoz verə bilmərik. Ola bilər ki, bu eniş müvəqqətidir və bunun ikinci dalğası yenə ola bilər. Buna görə də koronavirusa qarşı apardığımız tədbirləri zəiflətməməliyik. Mənim fikrimcə, qoyulmuş qadağalar bir müddət davam etsin. Aprelin sonuna ya da mayın əvvəlinə qədər artırılsın ki, yoluxmuş insanların digər insanları yoluxdurmasının qarşısını ala bilək. Bu zaman xəstəliyin qarşısını almaq istiqamətində müəyyən effekt əldə etmək olar. Mən və digər mütəxəssislərin təklifi ayrı-ayrı kontekstdə təhlil olunub, çox güman ki, yaxın vaxtda qərar veriləcək.
- Koronavirusa yoluxmuş 1 nəfərin 30-60 insanı yoluxdura bildiyi məlumdur. Xəstəliyin yayılma sürətinin qarşısını almaq üçün karantin rejiminin mərhələli şəkildə yumşaldılması effektiv ola bilərmi?
- Mən hesab edirəm ki, karantin qaydalarının yumşaldılması hələ tezdir. Koronavirus infeksiyası hamıda kəskin əlamətlərlə biruzə vermir. Yüngül, subklinik keçirə bilərlər. Həmin insanlar tibbi müşahidədən kənarda qalaraq infeksiyasının yayılmasında mühüm rol oynayırlar. Ona görə də biz bu gün sayın azalmasına arxayın olmamalıyıq, tədbirlər davam etdirilməlidir. Koronavirus soyuq temperatura dözümlüdür. Onların yayılması müsbət 5-10 dərəcə havada daha əlverişlidir. Hazırda Azərbaycanda istiləşmə də olmayıb ki, buna arxayın olaq. Amma heç isti havaya da arxayın olmaq lazım deyil. Vəziyyət tam stabilləşməyincə karantin rejimini davam etdirməliyik.
- Qonşu ölkələr də karantin rejiminin müddətini artırdılar. Azərbaycanda oxşar qərarın verilməsi yoluxmanı azaltmağa kömək edərmi?
- Əlbəttə, bu xəstəlikdə inkubasyon dövrün müddətini nəzərə almaq lazımdır. On gün qabaq yoluxmuş adam, 14 günün sonunda belə yoluxdurucu olur. Xəstəlik sağalandan sonra belə, 5-6 həftə virus ifraz etməyə davam edir. Bütün bunların hamısını nəzərə almaq lazımdır ki, yeni yoluxma hallarının qarşısını alacaq karantin müddəti tapılsın. Bunu da tətbiq etmək lazımdır. Olsun, iki-üç həftə də evdə qalaq, amma insanlar xəstələnməsin, insanlar ölməsin. Biz olan vəziyyətə arxayın olmalı deyilik, ciddi tədbirləri davam etdirməliyik. Yoluxanlarının sayının 105-dən 40-a qədər azalması karantin rejiminin ləğvinə əsas vermir. Çünki bu say yenidən yüksələ bilər, bir dalğa yenə gələ bilər. Koronavirus dünyada cəmi dörd aydır meydana çıxıb, hər gün bir əlaməti, bir yenilik ortaya çıxır. Biz bu qısa müddətdə konkret bir fikrə gələ bilmərik ki, bu xəstəlik bu cür keçir, belə etsək qarşısını alarıq. Ona görə də qoyulan qadağaların davam etdirilməsi məqsədyönümlüdür.
- Növbəti dalğanın nə vaxt ola biləcəyi ilə bağlı bir proqnoz vermək mümkündür?
- Onu heç kim deyə bilməz, bunu proqnozlaşdırmaq mümkün deyil.
- Azərbaycana ümumi baxışda bu infeksiya ilə bağlı vəziyyəti necə qiymətləndirirsiniz?
- Bizdə infeksiyasının yayılmasının qənaətbəxş olduğunu demək düzgün deyil. Amma dünya ölkələri ilə müqayisədə yüksək də deyil. Xəstəlik halları var, yoluxanların sayı 34 faizindən çoxunda sağalma da olub. Ağır xəstələrimiz 2 faizdir, ölüm hadisəsi 1,1 faizə bərabərdir. Bunlar ümümdünya göstəricilərindən dəfələrlə aşağıdır. Bunlar da dövlətin həyata keçirdiyi tədbirlər sayəsindədir. Amma yoluxma halları da davam edir. Biz Çində virus yayılmağa başlayandan bəri tədbirlərimizi görmüşük.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 15 aprel 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber az kriminal bugun son xeber.az son xeberler bugun 2026 canli