Diyetoloq: Tərəziyə hər gün yox, həftədə bir dəfə çıxmaq daha doğrudur
Danimarkanın Orhus Universitetinin diyetoloqu Sandra Vigelene bədən çəkisinin düzgün qiymətləndirilməsi ilə bağlı vacib tövsiyə verib. Onun sözlərinə görə, çəki ölçmək üçün hər gün tərəziyə çıxmaq doğru yanaşma deyil. Əvəzində, çəkini həftədə bir dəfə, eyni gün və eyni vaxtda ölçmək daha dəqiq nəticə verir.
KONKRET.az Milli.Az-a istinadən xəbər verir ki, mütəxəssis qeyd edib ki, gündəlik çəkidəki dəyişikliklər adətən yağ itkisi ilə bağlı olmur. İnsan bədənində su balansı gün ərzində nəfəs alma, tərləmə və digər təbii proseslər nəticəsində dəyişir. Bu isə tərəzidə görünən rəqəmlərin oynaq olmasına səbəb olur. Xüsusilə gecələr, isti havalarda və ya fiziki fəaliyyət zamanı orqanizmin maye itirməsi səhər çəkisinin daha az görünməsinə gətirib çıxarır. Lakin bu, bədəndəki yağın əriməsi anlamına gəlmir.
Diyetoloq bildirib ki, bədən çəkisinin real göstəricisini almaq üçün tərəzi üzərinə səhər saatlarında, acqarına, yüngül geyimdə və hər dəfə eyni şəraitdə çıxmaq tövsiyə olunur. Çəkidə baş verən kiçik gündəlik fərqlərə deyil, uzunmüddətli dəyişikliklərə diqqət yetirmək daha sağlam yanaşmadır.
Sandra Vigelenenin fikrincə, insanlar çəkilərindəki qısa müddətli dəyişiklikləri ciddi qəbul etdikdə bu, onları əsassız narahatlığa sala və motivasiyanı azalda bilər. Ona görə də sağlamlıq məqsədi ilə aparılan çəki nəzarətində əsas hədəf davamlı və obyektiv müşahidə olmalıdır.
Turlar.az [newsid: 0-123300]

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
İnsanların sizi sevmədiyini göstərən 7 gizli işarə
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Türkiyə heç yerə qoşun göndərməyəcək - Fidan