DİQQƏT: Bu məhsulları çox yesəniz, ürək-damar və böyrək xəstəliklərinə düçar olarsınız
"Qurban bayramı ərəfəsində süfrələrin əsas qonağı olan ət yeməkləri düzgün istehlak edilmədiyi təqdirdə sağlamlıq üçün risk yarada bilər. Həkim-diyetoloqlar və qidalanma üzrə mütəxəssislər bayram günlərində balanslı və sağlam qidalanma vərdişlərinin qorunmasının vacibliyini vurğulayır".
Bəs, qurban bayramında necə qidalanmaq lazımdır?
Fərid Səfərov
Mövzu ilə bağlı qida məsələləri üzrə ekspert Fərid Səfərov KONKRET.az-a açıqlamasında bildirib ki, həddindən artıq ət istehlakı ürək-damar, həzm və böyrək problemlərinə yol aça bilər. Gündəlik ət qəbulu 200–250 qramı keçməməlidir.
"Həzm sisteminin düzgün işləməsi üçün ət yeməkləri ilə yanaşı bol tərəvəzli və zeytun yağlı salatlar süfrələrdə yer almalıdır. Bu, həm orqanizmi yüklənmədən qoruyur, həm də vitamin və lif ehtiyacını ödəyir. Əti yağda qızartmaq əvəzinə sobada, buxarda və ya qaynadaraq bişirmək daha sağlam alternativlər sayılır. Bu üsullar yağ qəbulunu azaldaraq mədə və qaraciyərin işini yüngülləşdirir. Bayram süfrələrində şirniyyat və ət yeməklərinin bolluğu orqanizmin suya olan ehtiyacını artırır. Gündə ən az 8–10 stəkan su içmək maddələr mübadiləsinin düzgün işləməsi üçün vacib sayılır".
Mütəxəssis qeyd edir ki, bayram günlərində təqdim olunan çoxlu şirniyyatlar şəkər yükünü artırır.
"Bu cür qidaların az miqdarda və günün erkən saatlarında qəbul olunması məsləhət görülür. Qonaqlıqlar və bol kalorili yeməklər çəki artımına səbəb ola bilər. Bu səbəbdən gündəlik yürüş və yüngül fiziki aktivlik bayram günlərində də davam etdirilməlidir. Ailə ilə birlikdə bayramı qeyd etmək, yeməkləri paylaşmaq, ehtiyac sahiblərinə qurban payı çatdırmaq və yemək israfından uzaq durmaq həm dini, həm də sosial baxımdan böyük əhəmiyyət daşıyır".
Aynurə İsmayıl
KONKRET.az

Milyarder səkkiz ay ərzində sərvətini itirdi
Əkrəm Həsənov: "Azərbaycandakı yaşayış minimumu sadəcə vətəndaşın fiziki sağ qalması üçündür"
Sabiq vəzifəli şəxs VƏFAT ETDİ - FOTO
Valyuta bazarında son vəziyyət
Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum olub
Türkiyənin 2 şirkəti Azərbaycandakı filiallarını bağlayır
Yeni il ərəfəsində bu məhsullar BAHALAŞA BİLƏR – Ekspertdən XƏBƏRDARLIQ
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
"Sədərək" və "Binə"də nə baş verir? – Narahatedici məqamlar üzə çıxdı
Lamin Yamal Bakıya gəlməyəcək - Qərar
Azərbaycan XİN COP31-in nəticələrini yüksək qiymətləndirdi
"Barselona" "Sabah"la oyun üçün Bakıya onları gətirir
"Sabah" – "Barselona" oyununun hakimləri bilindi
Putin və Si ABŞ-ın qaraciyərini yemək istəyirlər
Trampın adamı Bakıda: Əliyev telefon zəngində bunu xüsusi vurğulayıb, lakin…