Belə davam etsəniz, tez ÖLƏCƏKSİNİZ – ŞOK

Belə davam etsəniz, tez ÖLƏCƏKSİNİZ – ŞOKYeni araşdırmaya görə, oturaq həyat təkcə fiziki sağlamlığa deyil, həm də beynin quruluşuna mənfi təsir göstərir.
KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, Vanderbilt Universiteti, Pittsburq Universiteti və Seul Milli Universitetinin alimləri tərəfindən aparılan tədqiqatda 50 yaş və üzəri şəxslərin oturma müddəti ilə beyin sağlamlığı arasındakı əlaqə incələnib.
Mütəxəssislər qeyd ediblər ki, hərəkətsiz həyat tərzi Altsheymer və digər demans növləri ilə əlaqələndirilə bilər. Onlar bildiriblər ki, yalnız fiziki məşqlər kifayət etmir – gün ərzində oturulan müddətin də azaldılması vacibdir.
Araşdırma çərçivəsində yaşı 50-dən yuxarı olan 404 könüllü iştirakçı bir həftə ərzində taxdıqları sensor cihazlarla izlənilib. İştirakçıların 87%-i həftəlik tövsiyə olunan fiziki aktivlik norması olan ən azı 150 dəqiqəlik məşqi yerinə yetirsə də, gün ərzində daha uzun müddət oturan şəxslərdə beyin həcminin kiçildiyi müşahidə olunub. Xüsusilə yaddaşla əlaqəli olan hipokampus bölgəsində incəlmə qeydə alınıb. Bu bölgə Altsheymer xəstəliyində ilk zədələnən beyin sahələrindən biri kimi tanınır.
Mütəxəssislər tövsiyə edirlər ki, günün çox hissəsini masa arxasında keçirən və ya ümumilikdə oturaq həyat tərzi sürən insanlar oturma müddətlərini azaltmağa yönəlmiş tədbirlər görməlidirlər.

Sağlamlıq       Tarix: 25 may 2025
f Paylaş

Oxşar xəbərlər

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək

Yapon startapı PorMedTec 2028-ci ildə genetik modifikasiya edilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqlara başlamağı, 2029-cu ildə isə bu texnologiyanın şərti təsdiqi üçün müraciət etməy

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən video xeber az son xeberler bu gun xeberlər