Karapetyanın qovulmasında Bakının təsiri: Paşinyan müdafiə nazirini niyə dəyişdi?

Karapetyanın qovulmasında Bakının təsiri: Paşinyan müdafiə nazirini niyə dəyişdi?Ermənistanın baş naziri Nikol Paşinyan müdafiə naziri Arşak Karapetyanı istefaya göndərdi, yerinə köməkçisi Suren Papikyanı təyin etdi. Son proseslər fonunda bu, sıradan kadr dəyişikliyi deyil və proseslərin inkişafı Bakının təzyiq siyasətinin İrəvanın siyasi qərarlarına təsir imkanlarını göstərir.
A.Karapetyan müharibənin başa çatmasının ildönümündə Qarabağa səfər etdi. Burada qanunsuz erməni silahlı dəstələri ilə görüşən nazir "ordunun hazırlığı sülh üçün zəmindir" açıqlaması ilə təxribat xarakterli mövqe nümayiş etdirdi. Halbuki, 10 noyabr razılaşmasının 4-cü bəndinə uyğun olaraq, Karapetyanın Qarabağda görüşdüyü, təlimatlar verdiyi erməni dəstələr çıxarılmalıdır. Karapetyanın səfəri və verdiyi açıqlamalar Ermənistanın bu niyyətdə olmadığını göstərir.
Qarabağa qanunsuz səfərdən sonra Karapetyanın təlimatı ilə Ermənistan ordusu Qaragöl ətrafında təxribata əl atdı: 60-a yaxın erməni hərbçisi Azərbaycan Ordusunun postları arasındakı yolu bağlamağa çalışdı, lakin ordumuzun dərhal müdaxiləsi onlara imkan vermədi və erməni hərbçilər mühasirəyə düşdü. Danışıqlardan sonra Azərbaycan erməni hərbçilərin geri qayıtmasına icazə verdi.
Lakin bu, Ermənistan üçün dərs olmadı və dövlət sərhədi istiqamətində iki gün ərzində atəşkəsi pozmağa başladı.
Azərbaycan Müdafiə Nazirliyinin Ermənistanın hərbi rəhbərliyinə sərt reakisiyası və "buna oxşar təxribatlar gələcəkdə təkrarlanarsa, görəcəyimiz tədbirlər daha sərt və təsirli olacaq" xəbərdarlığı Paşinyanı kadr dəyişikliyinə məcbur etdi. Nikol Paşinyan anladı ki, təxribatçı naziri dəyişməsə, növbəti addımda daha biabırçı vəziyyətlə üzləşməli olacaqlar.
Baş verənlər Ermənistanın əsas gündəminə çevrilib: hazırda erməni ictimaiyyəti müdafiə nazirinin dəyişilməsini və sərhəddə baş verənləri müzakirə edir.
Bu, müharibədən bir il sonra da Ermənistanın gündəmini Azərbaycanın müəyyən etdiyini göstərir. Və ən əsas məqam Bakının bölgədəki gərginliyi Ermənistanın daxilinə köçürmək strategiyasının uğurla nəticələnməsidir.
Mülki şəxs olan və haqqında xoşagəlməz məlumatlar yayılan yeni nazir Suren Papikyan Paşinyanın hakimiyyətə gəlişindən sonra təyin olunan 4-cü müdafiə naziridir. Onlardan üçü məhz kapitulyasiya aktından sonra təyin olunub. Bu faktın özü belə Ermənistan ordusunda real vəziyyəti anlamağa imkan verir.
Papikyanın müdafiə naziri postunda qalmaq müddəti özündən asılı olacaq: sələflərinin səhvlərini təkrarlamasa, uzunmüddətli nazir ola bilər, əks təqdirdə Azərbaycana qarşı yeni təxribatlar daha sərt və təsirli tədbirlərlə üzləşməsi ilə nəticələnəcək. Və Ermənistan rəhbərliyi Karapetyan kimi onu da göndərmək məcburiyyətində qalacaq.
Asif Nərimanlı /publika.az

Dünya       Tarix: 15 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Ermənistan Azərbaycana görə Zəngəzurun mərkəzini dəyişir

Ermənistan hökuməti Zəngəzur (erməni dilində Sünik) bölgəsinin mərkəzini Qafan şəhərindən Sisian (Qarakilsə) şəhərinə köçürmək istəyir. xəbər verir ki, Ermənistan mediası hazırda bununla bağlı müzakirələrin getdiyini yazır

"Taliban"la Türkmənistan sərhədçiləri arasında TOQQUŞMA

Ötən ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının silahlıları ilə Türkmənistan sərhədçiləri arasında atışma olub. Bu barədə Əfqanıstanın "Hasht-e subh" qəzeti yazıb. Qəze

Bazar qiyməti 3 trilyon dolları keçən ilk şirkət açıqlandı

"Apple" şirkətinin səhmləri təxminən 3 %-ə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır. xarici KİV-

Böyük Britaniyada rekord sayda yoluxma qeydə alındı

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 218 724 yoluxma halı qeydə alınıb. "Sinxua"ya istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirus

İsrail ordusu Qəzza zolağında Həmas-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında "Həmas" hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib. xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. Məlumata əsasən, zərbələr "Həmas"ı

Qazaxıstanda GƏRGİN GECƏ: etirazçılar polisi döydülər, maşınlara OD VURDULAR - VİDEO

Almatıda Respublika meydanında etirazçılar polis əməkdaşını döyüb və hüquq-mühafizə orqanlarının əməkdaşlarının avtomobillərini yandırıblar. xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb. Bildirili

Çin planları açıqladı: 2022-ci ildə kosmosa

Çin 2022-ci ildə tikilməkdə olan Tiangong Milli Kosmik Stansiyasına missiyalar da daxil olmaqla 40-dan çox kosmosa buraxılış həyata keçirməyi planlaşdırır. xəbər verir ki, bu barədə məlumatı Çin Aerokosmik Elm və Texnologiy

Avropa iki aydan sonra qazsız qala bilər

"Avropanın şaxtalı hava və anbarlardakı mavi yanacaq ehtiyatlarının az olması səbəbindən yaxın iki ayda qazsız qalma riski var". xəbər verir ki, bu barədə "Bloomberg" nəşrində dərc edilən məqladə yer alıb

ABŞ Rusiya ilə razılaşmaya görə BU ÖLKƏLƏRİ qurban verəcək - ŞOK İDDİA

ABŞ Rusiya ilə strateji razılaşmaya Baltikyanı ölkələri qurban verə bilər. xəbər verir ki, bu barədə amerikalı analitik Devid Payn "The National Interest" jurnalında dərc olunan məqaləsində qeyd edib. Nəşrdə eksper


son xeberler azerbaycan xeberleri yeni xeberler gunun xeberleri en son xeberler bu gun sonxeber.az bugun xeberler