Kardioloq tonometrsiz qan təzyiqini ölçməyin üsullarını açıqladı
Kardioloq tonometrsiz qan təzyiqini ölçməyin üsullarını açıqladı
Rusiyalı kardioloq Rüstəm Osmanov qan təzyiqinin tonometr olmadan necə ölçüləcəyini açıqlayıb.
Ekspertin fikrincə, bunu bir neçə yolla etmək olar.
Birincisi, qan təzyiqi əlamətlərlə müəyyən edilə bilər. Təzyiq yüksəldikdə bu, tez-tez başın arxa hissəsində ağrılar, başgicəllənmə, gözlər qarşısında nöqtələrin uçuşması, taxikardiya (sürətli nəbz), nizamsız nəbz, narahatlıq, ürəkbulanma, hətta qusma ilə müşayiət oluna bilər. Qan təzyiqinin azalması zamanı isə zəiflik, yuxululuq, aktivliyin azalması, tez-tez əsnəmə kimi hallar görünür.
İkincisi, nəbzi əllə ölçməklə qan təzyiqinin səviyyəsini müəyyən etmək mümkündür. Ürək döyüntüsü 90 və ya daha çox olduqda, bu, xəstənin qan təzyiqinin çox yüksək olması deməkdir. Belə ki, normal ürək döyüntüsü dəqiqədə 60-80 dəfə arasındadır.
Kardioloq həmçinin təzyiqi ölçmək məqsədilə smartfonlar üçün xüsusi tətbiqlərdən danışıb. Lakin onların heç də etibarlı olmadığını bildirib.
O, qeyd edib ki, qan təzyiqinin səviyyəsini normallaşdırmaq üçün pəhrizə riayət etmək, duz qəbulunu məhdudlaşdırmaq, fiziki fəaliyyəti unutmamaq, siqareti və həddindən artıq spirtli içki istehlakını dayandırmaq lazımdır.
Mənbə: İzvestiya /oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Məşhur türk aktyoru vəfat etdi
Emil Binyətzadə cəzalandırıldı
Bakıda mağazada qadın döyüldü
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız