Kartdakı qalıq subsidiyadan növbəti ildə də istifadə edə biləcəksiniz
Kartdakı qalıq subsidiyadan növbəti ildə də istifadə edə biləcəksiniz
Fermerlər 2020-ci ildə ödənilmiş subsidiya vəsaitlərinin "Fermer Kartı"nda qalmış hissəsindən gələn il də istifadə edə biləcəklər.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən verilən məlumatda bildirilir ki, fermerlərin kartdakı qalıq vəsaitdən gələn il istifadə edə bilməsi üçün "Fermer kartı" aktiv olmalıdır.
Əgər fermer öz adına açılmış "Fermer Kartı"nı bankdan götürüb və aktivləşdiribsə, kartda qalmış vəsaitdən gələn il də istifadə edə biləcək. Fermer kartı bankdan götürməyibsə, yaxud da götürüb, aktivləşdirməyibsə, kartdakı vəsait silinəcək. Bu səbəbdən AKİA fermerlərə müraciət edərək adlarına açılmış "Fermer kartı"nı bankdan götürərək aktivləşdirməyə çağırır.
Qeyd edilib ki, 2020-ci ilin yanvarından etibarən fermerlər subsidiya üçün müraciəti Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən onlayn qaydada edir və subsidiyalar onların "Fermer Kartı"na köçürülür. Yeni qaydaya görə, fermerlərə ödənilən əkin subsidiyasının yalnız 25 faizi nağdlaşdırıla bilir, qalan 75 faizindən isə fermer təchizatçılara verilmiş POS-terminallar vasitəsilə ödəniş edərək, əkin üçün lazım olan toxum, ting, gübrə və pestisidlər alırlar. /oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Məşhur türk aktyoru vəfat etdi
Emil Binyətzadə cəzalandırıldı
Bakıda mağazada qadın döyüldü
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız