Kartof bu tarixdən ucuzlaşacaq - AÇIQLAMA
Yaxın günlərdə istehlak bazarında kartofun qiymətinin bir qədər aşağı düşməsi gözlənilir. Buna səbəb Cəlilabad rayonunda payızlıq kartofun yığımına başlanılmasıdır. Yaxın bir neçə gün ərzində yerli bazara 20 min tondan artıq kartof çıxarılacaq.
Bu da təbii ki, qiymətlərə öz təsirini göstərəcək.
azxeber.com xəbər verir ki, məsələ ilə bağlı Bizim.media ilə fikirlərini bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bazara daha çox məhsulun çıxarılması, təbii ki, qiymətlərin müəyyən qədər azalmasına səbəb olacaq:
"Çünki təklif tələbi üstələdikcə qiymətlər aşağı düşür. Ümumiyyətlə, hazırda kartofun qiyməti ötən illə müqayisədə 30 faiz azdır. Yaxın vaxtlarda da bahalaşma gözlənilmir. Ən pis halda fevral-mart aylarında kartof bahalaşa bilər".
Akif Nəsirli onu da qeyd edib ki, ölkəmizin kartofa olan illik tələbatı bir milyon tondur:
"Azərbaycanda ildə təxminən 1 milyon 400 min ton kartof istehsal edilir. Amma istehsal edilən kartofun xeyli hissəsi ixrac edilir. Ona görə də bəzi aylarda xaricdən kartof idxal edirik. Yəqin ki, 2024-cü ilin birinci rübündə də belə olacaq.
Ümumiyyətlə, aprelin ikinci yarısına kimi, yəni faraş kartof bazara çıxarılana qədər qiymətlərdə artma olur. Amma bu il vəziyyət bir qədər stabildir. Çünki ötən ilin dekabrında kartofun bir kiloqramı bir manata təklif olunurdusa, hazırda bu qiymət 60-70 qəpik arasında dəyişir. Bölgələrdə isə qiymətlər daha aşağıdır".
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır