Kazino rəhbəri Bakı aeroportunda 49 min dollarla saxlanıldı
Bakıda 49 min dollar (83300 manat) pulu Heydər Əliyev Adına Hava Limanından çıxarmaq istəyən iş adamı, kazino rəhbəri saxlanılıb.
KONKRET.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, saxlanılan şəxs isə türk iş adamı, Batumidə yerləşən "Lion Slot Casino" otel və kazinolarının sahiblərindən biri olan Yavuz Kadirindir.
Yavuz Kadirin izahatında bildirib ki, Zəfər yolu və Şuşadakı tunelin çəkilişi ilə məşğul olan Fukan adlı tanışının ona borcu olduğu üçün Bakıya gəlib. Bakı şəhərində olarkən xərcləmək üçün özü ilə gətirdi 5 min dollar puldan 1000 dolları manata çevirib.
Fukanın Bakıdakı evində bir neçə gün qaldıqdan borcdan 45000 dolları alıb və İzmirə qayıtmaq üçün Hava Limanına gedib. Aeroporta gedərkən 39000 dolları çantasına yerləşdirib, 10000 dolları isə şalvarının ciblərinə qoyub.
Yavuz Kadirin göstərilən məbləği bəyan etmədiyi üçün gömrük əməkdaşları tərəfindən saxlanılıb. O, Azərbaycan qanunlarını bilmədiyini deyib və buna görə də özünü təqsirli bilməyib.
Məhkəmə onu Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirli bilib və onu cinayət predmetinin dəyərinin (39 000 dollar – 66300 manat) 60 faizi qədər – 39780 manat miqdarında cərimə edib.
Həmçinin qərar verilib ki, hökm qanuni qüvvəyə mindikdən, cərimə və ekspertiza xərcini ödədikdən sonra Yavuz Kadirin ölkə hüdudlarından kənara məcburi çıxarılsın.

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır
Azərbaycanda kombi dövrü başa çatır? - Yeni istilik sistemi ilə bağlı AÇIQLAMA
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası qoyuldu