Keçmiş baş prokuror axtarışa verildi
Ermənistanın sabiq baş prokuroru, parlamentinin keçmiş deputatı Gevork Kostanyan barəsində axtarış elan edilib.
"Report" "Novosti Armeniya"ya istinadən xəbər verir ki, bunu Ermənistan Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Ohacanyan bildirib.
Onun sözlərinə görə, G.Kostanyan barəsində qiyabi olaraq həbs qətimkan tədbiri seçilib.
Keçmiş baş prokuror 2008-ci il martın 1-də Yerevanda baş vermiş etiraz aksiyalarının dağıdılması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib. O, 48 saat müddətində istintaq orqanında olmaq təklifinə əməl etməyib.
Qeyd edək ki, G.Kostanyan 2006-cı ililin iyulundan 2008-ci ilin iyulunadək Ermənistan ədliyyə nazirinin müavini, 2013-cü il oktyabrın 1-dən 2016-cı il avqustun 4-dək Ermənistanın baş prokuroru olub. /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək