Keçmiş məcburi köçkünlər üçün tikilmiş mənzillər satışa çıxarılır - Bu tarixdən - VİDEO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 23 yanvar 2023-ci il, saat 10:00-da Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında keçmiş məcburi köçkünlər üçün tikilmiş binalardakı mənzillərin onlayn satışına başlayacaq.
azxeber.com Xəzər TV-yə istinadən xəbər verir ki, Ramana qəsəbəsi yeni yaşayış kompleksində 18 binadan 147, Ümid qəsəbəsi yaşayış kompleksində 3 binadan 89,
Kürdəxanı qəsəbəsi yeni yaşayış kompleksində 9 binadan 72,
Abşeron rayonu yeni yaşayış kompleksində 54 binadan 1338 və
Samux yeni yaşayış kompleksində isə 3 binadan 16 mənzil satışa çıxarılacaq.
Vətəndaşlar müvafiq portala (ms.sosial.gov.az) daxil olaraq mənzillərlə tanış ola bilər. Satış başlandığı andan mənzili portalda seçən ilk şəxs onu almaq hüququ qazanacaq.
Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov bildirib ki, satışa çıxarılan mənzilləri ipoteka yolu ilə də əldə etmək olar.
Satış prosesi 2023-cü il iyulun 1-dək davam edəcək. Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldiləcək.
Xidmetler [newsid: 0-123300]

Əkrəm Həsənov: "Azərbaycandakı yaşayış minimumu sadəcə vətəndaşın fiziki sağ qalması üçündür"
Nərimanov rayonunda yerləşən tam orta məktəbdə şagirdlər arasında insident baş verib
Uill Smitin 42 milyon dollarlıq malikanəsində yanğın baş verdi - FOTO
Türkiyənin 2 şirkəti Azərbaycandakı filiallarını bağlayır
"Sədərək" və "Binə"də nə baş verir? – Narahatedici məqamlar üzə çıxdı
"İşgüzar Axşam Ziyafəti və B2B Görüş" təşkil olundu - FOTOLAR
Azərbaycan və Gürcüstan XİN rəhbərləri regional əməkdaşlığı müzakirə ediblər
Azər Türk Bank "atb friday" kampaniyasına start verdi
Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
Bakıda X Beynəlxalq Bankçılıq Forumu keçirilir
Kart hesablarından milyonlar belə yoxa çıxır – dələduzların yeni üsulu
"Sabah" - "Barselona" oyununun hakimləri bəlli oldu
Paşinyan geri çəkilmir: Sülh sazişi üçün son maneə aradan qalxır?