Paşinyan geri çəkilmir: Sülh sazişi üçün son maneə aradan qalxır?

Paşinyan geri çəkilmir: Sülh sazişi üçün son maneə aradan qalxır?Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib.
Paşinyan bu barədə sosial şəbəkə hesabında məlumat yayıb. "Ermənistan Respublikasının yeni Konstitusiya layihəsini bu məqsədlə yaradılmış xüsusi sayt vasitəsilə təqdim etməkdən məmnunam. Sayt hər bir vətəndaşın layihəni rahat oxuya və təkliflərini təqdim edə bilməsi üçün yaradılıb", – Paşinyan bildirib.
Layihənin preambulasında Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad yer almayıb. Qüvvədə olan Konstitusiyanın preambulasında isə həmin sənədə istinad edilir. Bəyannamədə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-lə birləşdirilməsi barədə qərara istinad var. 
Mövzu ilə bağlı azxeber.com-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib ki, hazırda Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması qarşısında yalnız bir əsas əngəl mövcuddur:
"Bu, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer almasıdır. Rəsmi Bakı prinsipial olaraq tələb edir ki, Ermənistan Azərbaycanla yekun sülh sazişi imzalamaq istəyirsə, konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar aradan qaldırılmalıdır. Bunun üçün isə Paşinyan hakimiyyəti konstitusiya islahatları aparmalı, yəni əsas qanuna dəyişiklik etməlidir. Bu prosesin reallaşması üçün referendumun keçirilməsi də qaçılmazdır. Artıq Paşinyan hakimiyyəti bu istiqamətdə prosesə başlayıb. Yeni konstitusiya layihəsi ictimaiyyətə təqdim olunub. Layihədə diqqət çəkən əsas məqamlardan biri Azərbaycana qarşı ərazi iddiaları kimi qiymətləndirilə biləcək hər hansı müddəanın saxlanılmamasıdır. Hazırda əsas məsələ Ermənistanda referendumun keçirilməsi və yeni konstitusiya layihəsinin xalq tərəfindən təsdiqlənməsidir. Lakin bu prosesə qarşı ciddi müqavimət də mövcuddur. Belə ki, Ermənistanda revanşist siyasi qüvvələr hələ də güclüdür və onlar ənənəvi siyasi-ideoloji xəttin davam etdirilməsində israrlıdırlar. Eyni zamanda, həmin qüvvələrin xaricdən dəstəkləndiyinə dair məlumatlar da var".
Politoloq əlavə edib ki, xüsusilə Rusiyanın Ermənistandakı təsir imkanlarından istifadə edərək yeni konstitusiyanın qəbuluna və Azərbaycanla yekun sülh sazişinin imzalanmasına mane olmağa çalışdığı iddia edilir:
"Bu baxımdan Paşinyan hakimiyyəti hazırda olduqca taleyüklü mərhələdən keçir. Eyni zamanda, Ermənistanı da mühüm siyasi seçim qarşısında qoyur. Paşinyan hakimiyyəti hesab edir ki, ölkənin gələcək taleyi və inkişaf perspektivləri məhz yeni konstitusiyanın qəbulundan asılıdır. Bu əngəl aradan qaldırıldıqdan sonra Azərbaycanla yekun sülh sazişinin imzalanması mümkün olacaq və Ermənistanın inkişafı üçün yeni imkanlar yaranacaq. Konstitusiya islahatları hazırda Ermənistanın siyasi gündəliyinin əsas mövzularından biridir. Paşinyan hakimiyyəti hesab edir ki, bu islahatlar başa çatdıqdan sonra Azərbaycanla yekun sülh sazişinin imzalanması qısa müddətdə mümkün ola bilər. Hətta Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Alen Simonyan konstitusiya islahatlarının həyata keçirilməsi və yeni konstitusiyanın qəbulundan sonra Azərbaycanla sülh sazişinin cəmi bir neçə gün ərzində imzalana biləcəyini bəyan edib".
Elçin Xalidbəyli vurğulayıb ki, hazırda yekun sülh sazişinin imzalanması qarşısında əsas maneə Ermənistan konstitusiyası ilə bağlı məsələdir:
"Paşinyan da bu məsələyə prinsipial yanaşır. O, yeni konstitusiyanın qəbul edilməsi və Azərbaycanla sülh sazişinin imzalanması istiqamətində uğur əldə edə bilməyəcəyi təqdirdə, baş nazir vəzifəsindən istefa verməyə belə hazır olduğunu bəyan edib. Bütün bunlar onu göstərir ki, Nikol Paşinyan və onun yaxın ətrafı Azərbaycanla yekun sülh sazişinin imzalanmasını Ermənistanın gələcək taleyi və inkişaf perspektivləri baxımından əsas prioritetlərdən biri hesab edir".
Aynur Babazadə

Siyasi       Tarix: 24 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibə verib. müsahibəni təqdim edir. - Hörmətli cənab Prezident, ikitərəfli əməkdaşlığın tarixində yeni mərhələnin başlanması ilə əlamətda

Heç bir nəticəsi olmayacaq! Zəngəzur, ardınca Göyçə… – Sabiq nazirdən ŞOK

"Aydındır ki, Ermənistan parlamentindəki bu klounada heç bir nəticə verməyəcək… Referendum olmayacaq. Əgər keçirilsə belə, yalnız cəmiyyətin "revanş istədiyini" nümayiş etdirmək məqsədi daşıyacaq". -

Trampın İran planı üzə çıxdı - TƏCİLİ

ABŞ Prezidenti Donald Trampın İranın kimyəvi və bioloji silahlarla maraqlandığı barədə iddiası Vaşinqtonun Tehrana qarşı mümkün hərbi planları ilə bağlı müzakirələri yenidən alovlandırıb. xəbər verir ki, politoloq Turan Rzaye

Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 20-də Vyetnam Sosialist Respublikasının vitse-prezidenti Vo Ti An Suan ilə görüşüb. Görüşdə ölkələrimiz arasında münasibətlərin iki xalqın bi

Ermənilərə pasport paylanır – Üzərində doğum yeri Azərbaycan…

Ermənistanda noyabrın 1-dən tətbiq edilən yeni biometrik pasportların verilməsi proseduru Qarabağdan köçən ermənilərin narazılığına səbəb olub.                                                        . xəbər verir ki, Qarabağ

Bakı və İrəvan arasında münasibətlər... – Zaxarova

Tərəflərin müraciəti olacağı təqdirdə, Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dəstək göstərməyə hazırdır. KONKRET.azxəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarov

Tramp Paşinyanı Ağ Evə dəvət etdi

ABŞ Prezidenti Donald Tramp Ermənistanın Baş naziri Nikol Paşinyanı gələn il Vaşinqtona səfəri zamanı Ağ Evdə qəbul etmək istəyir. . KONKRET. -a istinadən xəbər verir ki, Tramp Paşinyanı ABŞ-da Milli Dua Səhər Yeməyinə dəvə

Çin liderindən Trampa Tayvanla bağlı XƏBƏRDARLIQ

Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampla görüşündə ona Tayvanla bağlı xəbərdarlıq edib. " xəbər verir ki, Si Cinpin Tayvan mövzusunda ABŞ-ın "doğru iş görərək, ikitərəfli əlaqələrd

Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib

Azərbaycanın Estoniyadakı səfiri Nemət Nağdəliyev etimadnaməsini bu ölkənin Prezidenti Ülle Madiseyə təqdim edib. -un məlumatına görə, diplomat bu barədə "facebook" səhifəsində bildirib. Görüş zamanı tərəflər Azərbaycan-Estoniy


yeni xeberler azerbaycan xeberleri son xeberler gunun xeberleri bugun xeberler son xeberler bugun az xeber