Keçmiş məhkum qadının boyunbağısını oğurladı
Bakıda qadının qızıl boyunbağısını soyğunçuluq yolu ilə ələ keçirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Open.az-a verilən məlumata görə, Yasamal rayonu Əbilov küçəsində paytaxt sakini olan Roza Beydullayevaya qarşı soyğunçuluq edilib.
Naməlum şəxs qadına yaxınlaşaraq onun qızıl boyunbağısını dartıb götürməklə hadisə yerindən qaçıb. Zərərçəkən bu barədə polisə məlumat verən kimi cinayəti törədən şəxsin axtarışlarına başlanılıb.
Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə təqsirli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Elşən Qırxlarov saxlanılıb. Saxlanılan şəxs ifadəsində ələ keçirdiyini boyunbağını satdığını bildirib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi və Elşən Qorxlarovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa onlardan aidiyyatı üzrə Yasamal Rayon Polis İdarəsi etmələri xahiş olunur.


Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili
Yeni nazir Pərviz Abubəkirovun yerinə onu gətirir - FOTO
Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur
Ceyhun Bayramov Türkiyəyə səfər edib
Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli
Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar
"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama
AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR
Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Ceyhun Bayramov Hakan Fidanla görüşdü
Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?