Keçmiş məhkumun avtomobilindən külli miqdarda narkotik götürülüb - FOTO
Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Open.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Bərdə rayon Otuzikilər kənd sakini, əvvəllər məhkum olunmuş, 56 yaşlı Nail Qasımov yaşadığı kənd ərazisində saxlanılaraq Qərb Regional Şöbəyə gətirilib.
Şöbədə onun üzərinə baxış keçirilən zaman 2 ədəd kağız bükümlərdə ümumi çəkisi 14.97 qram narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində N. Qasımova məxsus "VAZ 21013" markalı avtomobilin yük yerindən 3 ədəd sellofan torbada ümumi çəkisi 7 kiloqram 900 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərk götürülüb.
Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Məşhur aktyor 46 yaşında vəfat etdi
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı