Keçmiş polis əməkdaşını baltalayaraq qətlə yetirdilər - DETALLAR
Ötən ilin iyun ayında Biləsuvar rayonunda keçmiş polis əməkdaşı 1983-cü il təvəllüdlü Bayram Bayramovu balta ilə qətlə yetirən Fəxrəddin Həsənovun məhkəməsi başa çatıb.
azxeber.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 1971-ci il təvəllüdlü F.Həsənov Cinayət Məcəlləsinin 120.2.2, 145.3 və 234.1-ci (Xuliqanlıq niyyəti ilə adam öldürmə, qanunsuz azadlıqdan məhrumetmə və narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə təqsirli bilinib. Məlum olub ki, Fəxrəddin Həsənov ailədə həyat yoldaşına qarşı da bir neçə dəfə zorakılıq əməlləri törədib.
Hadisəyə gəlincə, F.Həsənov yaşadığı qəsəbənin ərazisindəki çayxanada Bayram Bayramova qəfil yaxınlaşaraq balta ilə onun başına zərbə endirib. Ağır xəsarət alan 40 yaşlı keçmiş polis əməkdaşı hadisə yerində ölüb.
Məhkəmədə sənədlərin araşdırılması zamanı qətlə yetirilən B.Bayramovun hadisədən əvvəl daxili işlər orqanlarından xaric edilməsi də məlum olub.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Həsənova 19 il həbs cəzası verilib.
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü