Keçmiş qubernator ABŞ prezidentliyinə namizədliyini İRƏLİ SÜRDÜ
Nyu-Cersi ştatının keçmiş qubernatoru (2010-2018) Kris Kristi 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından namizədliyini irəli sürüb.
KONKRET.az xəbər verir ki, siyasətçinin Nyu-Hempşirdəki çıxışı "Fox News" telekanalında yayımlanıb.
"Mən uğur qazanacağıma zəmanət verə bilmərəm. Amma zəmanət verirəm ki, sonda mənim kim olduğum, dəyərlərimin nə olduğu və buna layiq olub-olmadığım barədə heç bir şübhəniz olmayacaq", – deyə siyasətçi bildirib.
Məlumata görə, o, seçkilərdə iştirak etmək üçün sənədlərini təqdim edib. Müvafiq məlumat ABŞ Federal Seçki Komissiyasının saytında da yerləşdirilib.
Qeyd edək ki, Kristi Respublikaçılar Partiyasından 2016-cı il seçkilərində prezidentliyə namizəd olmaq üçün cəhd edib, lakin bir sıra ştatlarda aşağı səviyyədə dəstək aldığı üçün kampaniyasını vaxtından əvvəl başa vurub. Daha sonra o, seçkilərdə qalib gələn Donald Trampın namizədliyini dəstəkləyib.
İqbal Rzayev,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi