Keçmiş xanımı Anar Mədətovu məhkəməyə verdi
Qalmaqallı boşanma hadisəsi ilə gündəmə gələn prodüser Anar Mədətovu keçmiş arvadı Elnurə Mədətova məhkəməyə verib.
Open.az xəbər verir ki, E.Mədətova Nəsimi rayon məhkəməsinə müraciət edərək keçmiş əri Anar Mədətova, onun anası Mahirə Quliyevaya qarşı iddia qaldırıb.
O, birgə nikah dövründə əldə edilən əmlakın bölünməsi və həmin zaman götürdükləri kredit öhdəliyinin birgə ödənməsini tələb edib.
Eyni zamanda, Anar Mədətov da məhkəməyə müraciət edərək keçmiş arvadına qarşı iddia qaldırıb. O da əmlakın bölüşdürülməsini istəyib. Nəsimi rayon məhkəməsi hər iki şəxsin iddiasını qismən təmin edib. Lakin prodüser qərardan narazı qalaraq apelyasiya şikayəti verib. Hazırda işə Bakı Apelyasiya Məhkəməsinin hakimi Elnur Həsənovun sədrliyi ilə baxılır. Növbəti məhkəmə iclası fevralın 27-də keçiriləcək.
Qeyd edək ki, Anar Mədətovun oğlu, məşhur futbolçu Mahir Mədətov atasının boşanmadan ikinci dəfə digər qadınla evlənməsinə görə ondan imtina edərək Emreli soyadını götürmüşdü. /open.az

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq