"Keçmişdə baş verənlərə göz yummaq olmaz" - Xarici jurnalist Meşəli qətliamı haqda
"Meşəlidə törədilən vəhşiliklər dünyanın heç bir yerində təkrarlanmamalıdır".
KONKRET.az xəbər verir ki, bunu Bosniya və Herseqovinadan olan jurnalist, "Preporod" qəzetinin redaktoru Aişə Hafizoviç-Hadjimesiç deyib.
"Meşəli sakinlərinin açıq məktubunu oxuyaraq demək istəyirik ki, biz onların ədalət uğrunda mübarizəsini dəstəkləyirik. Srebrenitsa və Bosniyada törədilən soyqırımın qurbanları, Meşəlidə törədilən cinayətlərin qurbanlarının acısını yaşayırlar. Dünyanın heç bir yerində belə vəhşiliklər təkrarlanmamalıdır. Bu gün biz Azərbaycandan olan dostlarımızla birlikdə dünyanın məsuliyyətə və ədalətə çağırırıq, çünki ədalətsiz sülh olmaz", – deyə Aişə Hafizoviç-Hadjimesiç bildirib.
Jurnalist hesab edir ki, keçmişdə baş verənlərə göz yummaq olmaz.
"Bəşəriyyətin gələcəyi naminə bu cür vəhşiliklərin təkrarlanmasının qarşısını almaq üçün ədalətin təmin edilməsi səylərini birləşdirmək lazımdır", – o deyib.
Qeyd edək ki, Meşəli kənd sakinləri beynəlxalq ictimaiyyətə açıq məktubla müraciət ediblər. Onlar beynəlxalq ictimaiyyətdən Ermənistanı Azərbaycan xalqına qarşı bəşəriyyətə qarşı cinayət törətmiş şəxsləri cəzalandırmağa və təhvil verməyə məcbur etməyi tələb edirlər.
Burhan,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi