Kəlbəcərdə yük avtomobili aşdı, ölən və xəsarət alan var
Kəlbəcərdə ağır yol-nəqliyyat hadisəsi olub.
KONKRET.az xəbər verir ki, hadisə Kəlbəcər rayon Qamışlı kəndində qeydə alınıb.
Belə ki, yük avtomobilinin aşması nəticəsində bir nəfər ölüb, daha bir nəfər ağır bədən xəsarəti alıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Kəlbəcər rayon Polis Şöbəsinə rayonun Qamışlı kəndi ərazisində yol nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub.
"Polis əməkdaşları həmin əraziyə gələrək müvafiq tədbirlər həyata keçirib. İlkin araşdırmalar zamanı məlum olub ki, Daşkəsən rayon sakini, 1989-cu il təvəllüdlü N. Qasımov "Hovo" markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək nəqliyyat vasitəsini dərəyə aşırıb. Hadisə nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, sərnişin, Daşkəsən rayon sakini, 1992-ci il təvəllüdlü İ. Qasımov ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib".
Faktla bağlı araşdırmalar davam etdirilir.

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi