Kənd təsərrüfatı texnikaları niyə ucuzlaşmır? - RƏY

Kənd təsərrüfatı texnikaları niyə ucuzlaşmır? - RƏYAzərbaycanda kənd təsərrüfatı sektorunun inkişafı dövlətin iqtisadi siyasətində prioritet sahələrdən biridir. Bu sahənin innovasiya və texnologiya ilə təmin olunması isə aqrar istehsalın effektivliyini artıran əsas amillərdəndir. Məhz bu səbəbdən kənd təsərrüfatı texnikalarının idxalı gömrük rüsumlarından azad edilib, satış dəyərinin 40% dövlət subsidiyaları hesabına qarşılanır. Lakin sahibkarların texnikaya tətbiq etdiyi qiymətlərə hər hansı yuxarı həddin qoyulmaması mövcud mexanizmin səmərəliliyini azaldır. Dövlətin niyyəti aqrar istehsalçının yükünü azaltmaq olsa da, bəzən nəticə olaraq subsiya sahibkarların gəlirlərinin həddən artıq artmasına şərait yaradır. Xüsusən də Çin istehsalı texnikada marja 40-50% çatır, bu subsidiyanın real hədəfi olan "fermerə dəstək" məqsədini zəiflədir.
1.Kənd təsərrüfatı texnikalarının idxalı gömrük rüsumlarından azad edilməsi texnikanın ilkin maya dəyərini aşağı salsa da, bu, bazarda avtomatik olaraq qiymətlərin ucuzlaşmasına gətirib çıxartmır. Çünki satış qiymətlərinə nəzarət mexanizmi mövcud deyil və sahibkar həmin texnikanı istədiyi qiyməti müəyyən edə bilir.
2. Dövlət subsidiyası və yüksək qiymətlər
Satılan texnikanın dəyərinin 40 faizini dövlət qarşıladığı üçün fermerin ödənişi azalmış kimi görünür. Amma nəticədə texnikanın ümumi bazar qiyməti əsassız dərəcədə yüksəlirsə, subsidiya məbləği de-fakto sahibkarın qazanc payını süni formada artırır. Bu sahədə olan mənbəlır göstərir ki, Çin texnikasında 40-50 faizlik marjalar müşahidə olunur. Bu isə yüksək rentabelliklə yanaşı, aqrar sektora deyil, əsasən ticarətçilərə fayda vermiş olur.
3.Fermerlərin əsas marağı əlçatan və keyfiyyətli texnikadır. Lakin qiymət artımı fermerin həm ilkin ödəniş imkanlarını daraldır, həm də gələcəkdə texnikanın istismar və servis xərclərini artırır. Bu, xüsusən kiçik təsərrüfatlar üçün ciddi maliyyə yükünə çevrilir.
4.Subsidiya dərəcəsi yüksək olduğundan hər ilin büdcəsində ciddi maliyyə vəsaiti bu sahəyə yönəlir. Lakin həmin vəsaitin səmərəli xərclənməməsi, əsasən ticarətçi sahibkarlara fayda verməsi, aqrar sektorun dayanıqlı inkişafı baxımından effektivlik əmsalını azaldır.
5.Qiymətlərə yuxarı həddin qoyulmaması ilə yanaşı, servis tələblərinin də nisbətən zəif olması bazara aşağı keyfiyyətli texnikaların daxil olmasına şərait yaradır. Yüksək keyfiyyət meyarlarının olmaması səbəbindən fermer tez-tez təmir xərcləri ilə qarşılaşır, bu da ümumi iqtisadi effekti aşağı salır.
Bəs həll yolu nə ola bilər?
1. İlk öncə subsidiya tətbiq edilən texnikalara yuxarı satış həddinin müəyyən edilməsi. Dövlət subsidiya dərəcəsini nəzərə alaraq, texnikanın son satış qiymətinə müəyyən limit qoya bilər. Bununla, texnikanın qiymətində əsassız artımın qarşısını almaq mümkündür.
2. Müxtəlif keyfiyyət və güc səviyyəsində olan texnikalara görə fərqli limit tətbiq oluna bilər. Beləcə, yüksəkkeyfiyyətli və daha bahalı texnikaların da bazarda mövcudluğu təmin olunur, eyni zamanda sırf ucuz və keyfiyyətsiz texnikalara yönəlmə azaldılır.
3. Bazarın keyfiyyətinin artması üçün idxal olunan və ya yerli istehsal edilən texnikalar müəyyən keyfiyyət standartlarına cavab verməlidir. Sertifikatlaşdırma tələbləri gətirilməsi, zəmanət və texniki servis şərtləri aydınlaşdırılmalıdır.Yalnız bu tələblərə cavab verən texnikalar subsidiya ilə əhatə edilə bilər.
4. Dövlət subsidiyanın 40 faizlik dərəcəsini bütün texnikalar üçün eyni şəkildə tətbiq etməkdənsə, bəlkə də daha çox aqrar innovasiyaya və müasir texnoloji həllərə yönələn sahibkarlara daha yüksək subsidiya ayırma, klassik texnikalara isə nisbətən aşağı dərəcə tətbiq etməklə səmərəliliyi yüksəldə bilər.
5.Yüksək subsidiyadan faydalanmaq üçün istehsalçıların Azərbaycanda istehsal xətti qurması şərt kimi irəli sürülə bilər. Bu, həm ölkəyə investisiya axınını artıra, həm də yeni iş yerlərinin yaranmasına şərait yaradaraq ümumi iqtisadiyyata müsbət təsir göstərə bilər.
Yalnız bu halda dövlətin ayırdığı subsidiyalar fermerlər daha münasib qiymətə müasir texnikadan yararlana biləcək və ümumilikdə aqrar iqtisadiyyat dayanıqlı inkişaf yönündə irəliləyəcəkdir.
Aqil Məmmədov / konkret.az

Sosial       Tarix: 12 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü

Bakıda ağır qəza zamanı xəsarət alan şəxs iş adamı imiş. -a istinadən xəbər verir ki, noyabrın 4-də paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan küçəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs iş adamı Şənli

Nazir müavininin oğlunun toyunda qadağa

Xəbər verdiyimiz kimi, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğlu, 36 yaşlı Rüstəm Hacıyev ötən gün evlənib.  Axşam.az-a istinadla xəbər verir ki, o, 20 yaşlı rusiyalı bloger Avrora Kiba ilə nika

Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq

Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımı

Evdə pul saxlayanlara xəbərdarlıq - Hər il itirirsiniz

Bəzi insanlar pullarını banka qoyaraq faiz gəliri əldə etməyə üstünlük versə də, bir çoxları yığımlarını evdə, öz yanında saxlamağa üstünlük verir. Nənə-babalarımızdan miras qalan bu vərdiş bu gün də aktuallığını qoruyur

Varlı olanlar üçün əlavə vergi – Hökumətdən yeni qərar tələb edilir

Almaniyada ultra varlı şəxslərin daha yüksək vergi ödəməsi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. "Birlik 90/Yaşıllar" Partiyasının Bundestaqdakı fraksiyası sərvəti 500 milyon avronu ötən şəxslər üçün xüsus

Qızıl bahalaşdı

Dünya bazarında qızılın qiymətində artım qeydə alınıb. apa-ya istinadən xəbər verir ki, qızılın bir troya unsiyasının spot qiyməti 17,47 ABŞ dolları və ya 0,42% artaraq 4 122,35 ABŞ dollarına yüksəlib. Nyu-Yorkun COMEX əmtə

Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama

Payız-qış mövsümünə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinin istiliklə təminatı nəzarətə götürülüb. xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb. Məktəb və uşa

Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan

Mustafa Kamal Atatürkün mirasından sui-istifadə edənlər onilliklər ərzində bu millətə yuxarıdan aşağı baxdılar. Qazinin fikirlərini öz siyasi məqsədlərinə uyğunlaşdırmaq üçün təhrif edərək, bu millətə ən böyük ziyanı vurdular

Tanınmış jurnalistə 'Səbail' klubunda vəzifə verildi

"Səbail" futbol klubunda yeni təyinat baş tutub. Tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah"


yeni xeberler azerbaycan xeberleri son xeberler zelzele sosial yardim şou biznes xəbərləri az xeber