Kennedinin qətli ilə bağlı yeni sənədlər AÇIQLANDI

Kennedinin qətli ilə bağlı yeni sənədlər AÇIQLANDIABŞ-ın keçmiş prezidenti Con Kennedinin 22 noyabr 1963-cü ildə Dallasda qətlə yetirilməsi ilə bağlı məxfi sənədlər ABŞ Milli Arxivlər və Qeydlər İdarəsi tərəfindən dərc edilib.
Publika.az xəbər verir ki, Prezident Co Baydenin oktyabr ayına qədər üzə çıxaracağını dediyi, lakin açıqlanması gecikən sənədlər Con Kennedinin qatili olmaqda günahlandırılan Li Harvi Osvaldın Kuba və SSRİ ilə əlaqəsini üzə çıxarıb.
Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşlarının yazışmalarında bildirilib ki, Osvald sui-qəsddən əvvəl, 1963-cü ilin sentyabrında Meksikada olarkən viza üçün sovet səfirliyinə müraciət edib, eyni zamanda Kuba səfirliyinə də baş çəkib.
Osvald ona Kubaya getməyə imkan verən viza ilə maraqlanıb. Mərkəzi Kəşfiyyat İdarəsinin yazışmalarında həmçinin qeyd olunub ki, Osvald sovet səfirliyində olarkən Rusiya məxfi xidməti KQB-nin agenti ilə əlaqə saxlayıb.
Həmçinin, Kennedinin öldürülməsindən sonra Meksika səlahiyyətliləri Osvaldın əlaqə saxladığı Kuba səfirliyinin meksikalı əməkdaşını qandallayıblar.
Başqa bir qeyddə isə sui-qəsddən 1 il əvvəl Avstraliyanın Kanberra şəhərindəki ABŞ səfirliyinə edilən anonim telefon zəngində SSRİ-nin Kennedini öldürməyi planlaşdırdığı və qatilə 100 min dollar təklif olunduğu bildirilib.
Mərkəzi Kəşfiyyat İdarəsinin sənədi göstərir ki, Birləşmiş Ştatlar o zaman "Kuba daxilində əlaqələri olan yeraltı kriminal qruplardan istifadə edərək" Kastroya sui-qəsd planlaşdırırmış.
Digər tərəfdən, 1964-cü ildə Kennedinin qətlini araşdıran Uorren komissiyası Osvaldın yeganə silahlı olduğu qənaətinə gəlib.
Bununla belə, sui-qəsddən bir neçə gün sonra Osvaldın öldürülməsi pərdə arxasında başqa qüvvələrin olduğuna dair nəzəriyyələri gücləndirib.
1992-ci ildə Amerika Konqresi sui-qəsdlə bağlı sənədlərin 2017-ci ildə açılacağını proqnozlaşdırsa da, dosyelərin bəzilərinin keçmiş prezident Donald Trampın dövründə "təhlükəsizlik baxımından" dərc edilmədiyi bildirilib.
Yeni yazışmalara bütün sənədlər daxil olmasa da, gələn il əlavə sənədlərin ictimaiyyətə açıqlanması gözlənilir.
Rahib Ələsgərov

Dünya       Tarix: 17 dekabr 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu ay Yer kürəsində 6 maqnit qasırğası olacaq

Cari lilin yanvar ayının ortasında Yer kürəsinin sakinləri maqnit qasırğaları ilə üz-üzə qalmalı olacaqlar. xəbər verir ki, bu barədə P.N. Lebedeva adına Fizika İnstitutu məlumat yayıb. Belə ki, 11, 12, 15, 17, 18 yanva

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

Qazaxıstanda yanacağın qiyməti 2 dəfə bahalaşdı

Qazaxıstanda maye qazın qiyməti bahalaşıb. xəbər verir ki, hökumətin qərarı ilə ölkədə maye qazın tənzimlənən qiyməti 1 litrə görə 60 təngədən 120 təngəyə qaldırılıb. Bildirilib ki, qiymət artımı Mangistau əyalətində etirazlar

Tokayev hökuməti istefaya göndərdi - YENİLƏNDİ

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir. Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdi

Haitinin Baş nazirinə sui-qəsd cəhdi oldu

Naməlum şəxslər Haitinin Baş naziri Ariel Anriyə qarşı sui-qəsd törətmək istəyiblər. "Telesur" kanalına istinadla xəbər verir ki, hadisə Qonaiv şəhərində ölkənin 218 illiyi münasibətilə keçirilən tədbirdə baş verib

Rusiyada daha 18 233 nəfər koronavirusa yoluxdu

Rusiyada ötən sutka ərzində koronavirusa 18 233 yoluxma halı qeydə alınıb. xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 537 966 nəfərə çatıb. Son sutka ərzində həmçinin koronavirusdan 26 976 nəfər sağalıb

Dünyada 45 jurnalist iş başında öldürülüb - 2021-Cİ İLDƏ

2021-ci ildə dünyanın 20 ölkəsində 45 jurnalist və media işçisi peşə borcunu yerinə yetirərkən baş vermiş insidentlər nəticəsində qətlə yetirilib. -ın məlumatına görə, Beynəlxalq Jurnalistlər Federasiyasının (IJF) paylaşdığ

80 il əvvəl yoxa çıxan sualtı qayıq TAPILDI

Yunan dalğıcları Egey dənizinin dibində 80 il əvvəl yoxa çıxan italyan sualtı qayığını tapıblar. xəbər verir ki, bu barədə "Ekspress" məlumat yaydı. Bildirilib ki, "Jantina" sualtı qayığı göyərtəsind

Borrel Donbasa gedəcək - Təmas xəttində

Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukraynaya səfər edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında deyilir. Ali komissarın 4-6 yanva


azerbaycan xeberleri son xeberler yeni xeberler son.xabar cəbhədən son vəziyyət sonxeber az kriminal bugun