"Kərimə"çilər Azərbaycana təhvil veriləcək? – İran nə etmək istəyir?
Molla rejiminə bağlı terrorçu "Hüseyniyyun" (Hüseynçilər-red.) qruplaşmasının rəhbərləri Tohid İbrahimbəyli və Orxan Məmmədov İranın Qum şəhərində saxlanılıblar. Bu barədə hökumətə yaxınlığı ilə bilinən "Azariha" xəbər saytı məlumat yayıb.
Məlumatda deyilir ki, qrupun rəhbərləri 5 gün öncə Qum şəhərində həbs ediliblər.
KONKRET.azAzpolitika.info-ya istinadən xəbər verir ki, uzun müddətdir rahat şəkildə ölkəmiz əleyhinə təbliğat aparan bu şəxslərin birdən-birə həbs edilməsi İran mediasında da təəccüblə qarşılanıb. İddialara görə, İran Azərbaycanla münasibətləri normallaşdırmaq, gərginliyi azaltmaq üçün "Hüseyniyyun" qruplaşmasının liderlərini yaxın vaxtlarda Azərbaycana ekstradisiya etməyi düşünür.
Qeyd edək ki, İranın dəstəklədiyi "Hüseyniyyun" son illərdə İran və Azərbaycan arasında aşağı intensivlikli qarşıdurmada üsyançı qrup olaraq ön plana çıxıb. Bu qruplaşma ölkəmizdəki dünyəvi hökumətin xarici və daxili siyasətinə qarşı təxribatçı mövqe sərgiləyən təşkilat kimi tanınır.
Orxan Məmmədov və Tohid İbrahimbəyliyə gəlincə, hər iki şəxs barəsində Azərbaycanda "dövlətə xəyanət" və "terrorçuluq" maddələriylə cinayət işi açılıb və axtarışdadırlar.
Orxan Məmmədov mütəmadi şəkildə sosial şəbəkələrdə dini kəlamlarla, siyasi analizlərlə vətəndaşları dövlətə qarşı çıxmağa, ixtişaşlar yaratmağa səsləyir. Qumda dini təhsil alıb və bir neçə il öncə daimi yaşayış yeri kimi İranı seçib. Tez-tez Rusiyaya səfərlər edən O. Məmmədov Rusiyada yaşayan azərbaycanlı gənclər arasında "İslam inqilabı" ideyalarını yaymaqla məşğul olan dəstənin nümayəndələrindəndir.
Tohid İbrahimbəyliyə gəlincə, o, 2015-2016-cı illərdə Qum və Məşhəd şəhərlərindəki mədrəsələrdə oxuyan 14 azərbaycanlı gənci başına yığaraq "Hüseyniyyun" terror təşkilatını yaradıb. "Youtube" sosial şəbəkəsində radikal çıxışlar edən bu şəxs də illər öncə İranın Qum şəhərinə köçüb.
Onu da qeyd edək ki, Azərbaycan tərəfi daha öncə bir neçə dəfə rəsmi formada İrana müraciət edərək, sözügedən terror təşkilatının üzvlərinin ölkəmizə ekstradisiyasını tələb etmişdi.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü