Keşişə cinayət işi açıldı: Hamamda qızları çəkib
ABŞ-nin Landrum şəhərindən (Cənubi Karolina) olan gənc keşişin kilsə hamamında qızları lentə almasının üstü açılıb.
KONKRET.az xəbər verir ki, yerli sakinlərdən biri anasının evində duş qəbul edərkən hamamın pəncərəsindən kənarda işıq görüb. O, küçəyə çıxıb və 35 yaşlı pastor Daniel Kellan Meyfildi görüb. Keşiş həyətdə tək olub.
Polislə söhbətdən sonra pastor duşda çimən qadını videoya çəkdiyini etiraf edib.
Əlavə araşdırma zamanı polis müəyyən edib ki, amerikalı keşiş xidmət etdiyi Baptist kilsəsinin vanna otağında daha bir neçə qızı lentə alıb. Hüquq-mühafizə orqanı əməkdaşları hələlik 14 və daha yuxarı yaşda olan altı qurbanı müəyyən ediblər.
Keşişə qarşı yetkinlik yaşına çatmayanların cinsi istismarı və vuayerizmlə bağlı ümumilikdə altı ittiham irəli sürülüb.
Polisin məlumatına görə, kilsədə keşişin cinayətlərindən heç kimin xəbəri olmayıb. Kilsə rəsmiləri Meyfildin 2016-cı ildən Landrumda tələbə pastoru kimi xidmət etdiyini təsdiqləyib.
O, həbs olunduğu gün vəzifədən uzaqlaşdırılıb.//Oxu.az

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var