Kılıçdaroğlu Akşenerdən danışdı: "Arada millətçi damarı tutur"
Türkiyə müxalifətinin prezident postuna namizədi Kamal Kılıçdaroğlu aralarında mübahisə yaranan İYİ partiyanın sədri Meral Akşenerdən danışıb.
KONKRET.az xəbər verir ki, o, rəhbərlik etdiyi Cümhuriyyət Xalq Partiyasının (CHP) parlamentdəki iclasında çıxışı edib.
"Meral Akşener böyük mübarizə aparır. Bunu bilməyinizi istəyirəm. Mən ona minnətdaram. Lazım gəlsə, yumruğunu stola vurur, ya da arada millətçi damarı tutur", – deyə Kılıçdaroğlu bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl "Altılı masa" adlandırılan siyasi blok vahid namizəd mövzusunda razılıq əldə edə bilməyib və İYİ partiya blokdan çıxdığını açıqlayıb. Partiya lideri Meral Akşener CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyinə razı olmayıb və o, İstanbul və Ankara şəhərindən birinin merinin namizədliyini irəli sürüb. Bələdiyyə başqanları Mansur Yavaş və Əkrəm İmamoğlu ötən gün Akşeneri ziyarət edərək, onu "Altılı masa"ya qayıtmağa razı salıb.
Müxalif koalisiya martın 6-da keçirilən iclasında Kılıçdaroğlunun vahid namizəd olmasına "yaşıl işıq" yandırıb. İclas Səadət partiyasının qərargahında təşkil olunub. Görüşdə Səadət partiyasının sədri Temel Karamollaoğlu, CHP lideri Kamal Kılıçdaroğlu, İYİ partiyasının sədri Meral Akşener, DEVA partiyasının sədri Ali Babacan, Gələcək partiyasının lideri Ahmet Davutoğlu, Demokrat partiyasının lideri Gültekin Uysal iştirak edib. Akşener Ankara və İstanbul bələdiyyə sədrlərinin vitse-prezident olma şərti ilə Kılıçdaroğlunun namizədliyinə razılıq verib.
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir