''Kılıçdaroğlunun Azərbaycansız 'türk yolu' arzusu gözündə qalacaq' - Deputat

''Kılıçdaroğlunun Azərbaycansız 'türk yolu' arzusu gözündə qalacaq' - DeputatMillət İttifaqından Türkiyə prezidentliyinə namizəd olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu "türk yolu" layihəsindən danışıb.
Kılıçdaroğlunun sözlərinə görə, onun layihəsi Türkiyə ilə Çini birləşdirmək üçün təxminən 5500 km uzunluğunda avtomobil və dəmir yolu qoşa xəttinin çəkilişini nəzərdə tutur. Partiya sədri Türkiyə, İran, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Çini birləşdirəcək yeni "İpək Yolu"nun ölkəsini Türk Dünyasının ticarət qapısına çevirəcəyini güman edir. Maraqlıdır ki, CHP lideri layihəsində bir kəlmə belə olsun Türkiyənin ən yaxın müttəfiqi olan Azərbaycanın adını çəkməyib.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Bəhruz Məhərrəmov azxeber.com-a açıqlama verib.
O deyib ki, Türkiyə - Azərbaycan münasibətləri o səviyyədədir ki, ona heç bir siyasətçi ləkə gətirə bilməz:
"Hazırda Türkiyədə seçki prosesi özünün ən qızğın dövrünə qədəm qoyur. Biz Türkiyədə iki qütbün şahidiyik. Birincisi milli iradəni təmsil edən Rəcəb Tayyib Ərdoğan, digəri isə Qərbin iradə və diktəsini təmsil edən Kamal Kılıçdaroğlu. Biz ikinci qrupa daxil olanların zaman-zaman Azərbaycana xoş olmayan münasibətlərinin şahidi olmuşuq. Dünən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da seçki prosesi ilə bağlı çıxışda Azərbaycanla bağlı bu məqama xüsusi diqqət çəkdi. Amma Azərbaycan-Türkiyə münasibətləri bu gün o səviyyədədir ki, hansısa siyasətçinin bu reallığı pozmağa nə gücü, nə imkanı var".
Millət vəkili hesab edir ki, K.Kılıçdaroğlunun göstərdiyi xəritə, verdiyi vədlər hər şeydən öncə Türkiyənin özündə milli iradənin, dövlətçilik maraqlarının ziddinədir:
"Əminəm ki, müdrik türk xalqı seçki günü bu yanaşmanın türk dünyasına yönələn bu xain münasibətin hesabını Kılıçdaroğlundan da, onun tərəfdarlarından da soracaq. Cənab İlham Əliyev də bu gün Şuşada özünün yol xəritəsi xarakterli çıxışında da Azərbaycanın mövqeyinin bir daha ifadə etdi. Artıq dünyanını diqqət mərkəzinə çevrilmiş, Zəngəzur dəhlizinin, Orta dəhliz məsələsinin fəaliyyəti barədə aydın fikirlər ifadə etdi. Bu mənada hesab edirəm ki, K.Kılıçdaroğlu və digərlərinin hər hansı bəyanatlarının heç bir önəmi yoxdur. Onun eləcə də o cür düşünən hər kəsin Azərbaycansız "türk yolu" arzusu gözündə qalacaq".
Şəbnəm Zahir

Siyasi       Tarix: 10 may 2023
f Paylaş

Oxşar xəbərlər

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberlər krimnal bugun sonxəbər sou xeberler bugun