Kim Çen In Baş naziri sərt tənqid etdi - Onu nə gözləyir?
Şimali Koreya lideri Kim Çen In Baş nazir Kim Dok Hunu sərt şəkildə tənqid edib.
KONKRET.azxarici KİV-ə istinadən xəbər verir ki, KXDR lideri onu vəzifəsinə məsuliyyətsiz yanaşmaqda ittiham edib.
Məlumata görə, Kim Çen In Onçeon şəhərində bəndin dağılması nəticəsində yaranan daşqınlardan sonra zərər görən Anseok duz sahələrinə baş çəkib.
Belə ki, dövlət başçısı yerli rəsmiləri sərt tənqid edib, onları səhlənkarlıqda ittiham edib. Hazırda bənddə drenaj qurğularının tikintisinin düzgün aparılmadığı aydınlaşdırılır.
Koreya lideri deyib ki, yerli kənd təsərrüfatı torpaqları təbii fəlakətlərə görə deyil, işçilərin məsuliyyətsizliyi ucbatından zərər görüb:
"Bu, Baş nazirin öz vəzifəsinə zəif münasibətindən, işə yanlış yanaşmasından irəli gəlir".
Kim Çen In vəziyyətin araşdırılması və günahkarların məsuliyyətə cəlb edilməsinə görə prokurorluq və digər orqanlara göstəriş verib.
İqbal Rzayev,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ