Kimlər koronovirusa qarşı təkrar peyvənd olunmalıdırlar?
"Koronavirus insanlığı tərk etməyib və hələ də can almağa davam edir".
KONKRET.azxəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı ofisinin rəhbəri Batır Berdıklıçev xəbərdarlıq edib.
Onun sözlərinə görə, COVID-19 indi sadəcə mövsümi xarakter alıb.
"Keçən ildən etibarən ÜST-nin qərarına əsasən, koronavirusun rəsmən beynəlxalq miqyasda ictimai səhiyyəyə təhlükə olmadığını deyə bilərik. Lakin bu, əlbəttə, koronavirusun həyatımızdan getdiyi anlamına gəlmir. Təəssüf ki, insanlar xəstələnir, yoluxur və ölüm halları var. Koronavirusun mövsümi infeksiyalar sırasına keçdiyini söyləmək olar", – deyə mütəxəssis qeyd edib.
O, dünyanın bir çox ölkəsinin ölümlər də daxil olmaqla, COVID-19 halları barədə hələ də məlumat verməyə davam etdiyini vurğulayıb.
"Biz bununla yaşamağa məcburuq", – deyə mütəxəssis vurğulayıb.
Berdıklıçev həmçinin qeyd edib ki, ÜST koronavirusa qarşı peyvənd tövsiyələrini yeniləyib.
"İndi prioritet qruplar yaşlılar, immuniteti zəif olanlar, çoxsaylı xroniki xəstəlikləri olanlar, həmçinin xəstə ilə birbaşa təmasda olan həkimlərdir. Bu qruplara təkrar peyvənd məsləhət görülür", – deyə o sözlərini yekunlaşdırıb.

Milyarder səkkiz ay ərzində sərvətini itirdi
Əkrəm Həsənov: "Azərbaycandakı yaşayış minimumu sadəcə vətəndaşın fiziki sağ qalması üçündür"
Sabiq vəzifəli şəxs VƏFAT ETDİ - FOTO
Valyuta bazarında son vəziyyət
Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum olub
Türkiyənin 2 şirkəti Azərbaycandakı filiallarını bağlayır
Yeni il ərəfəsində bu məhsullar BAHALAŞA BİLƏR – Ekspertdən XƏBƏRDARLIQ
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
"Sədərək" və "Binə"də nə baş verir? – Narahatedici məqamlar üzə çıxdı
Lamin Yamal Bakıya gəlməyəcək - Qərar
Azərbaycan XİN COP31-in nəticələrini yüksək qiymətləndirdi
"Barselona" "Sabah"la oyun üçün Bakıya onları gətirir
"Sabah" – "Barselona" oyununun hakimləri bilindi
Putin və Si ABŞ-ın qaraciyərini yemək istəyirlər
Trampın adamı Bakıda: Əliyev telefon zəngində bunu xüsusi vurğulayıb, lakin…