20 yaşdan sonra bunu mütləq edin
Hər səkkiz qadından biri həyatı boyu döş xərçənginə tutulur. Erkən diaqnoz müalicə kursunu təyin edir.
KONKRET.az xəbər verir ki, tibb və texnologiyanın sürətli inkişafı sayəsində həyatları xilas etmək mümkündür.
Dünya miqyasında elm adamlarının ən intensiv araşdırmalar apardığı və yeni müalicə üsulları hazırladığı sahələrdən biri olan süd vəzi xərçəngi indi erkən diaqnoz qoyulduqda tamamilə müalicə oluna bilir.
Ancaq erkən diaqnoz üçün qadınların ayda bir dəfə 10 dəqiqə özlərini müayinə etmələri və hər hansı şübhəli əlamətlər aşkar etdikdə dərhal həkimə müraciət etmələri çox vacibdir.
Ümumi Cərrahiyyə Mütəxəssisi Prof. Dr. Cihan Uras, "20 yaşından başlayaraq ayda bir dəfə güzgü qarşısında özünüzü süd vəzi müayinəsi edin. 40 yaşından başlayaraq həkimin tövsiyə etdiyi fasilələrlə mütəmadi olaraq klinik müayinə, mamoqramma və ultrasəs müayinəsi hər qadının həyat qurtaran vərdişidir", – deyib.
Dr. Urasın oktyabr – Süd vəzi Xərçənginə Qarşı Mübarizə Ayı çərçivəsində verdiyi açıqlamada süd vəzi xərçənginin ilkin əlamətlərini və müalicəsində ən müasir üsulları açıqlayıb, əhəmiyyətli xəbərdarlıq və tövsiyələr verib.
Onun sözlərinə görə, döşün hər hansı bir yerində və ya qoltuqaltı yaxınlığında hiss olunan möhkəm, adətən ağrısız bir şiş döş xərçənginin ən çox görülən ilk əlamətidir. Hər şiş xərçəng deyil, lakin hər bir şişə ciddi yanaşmaq lazımdır.
Dəniz Pənahova
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
İsraildən ŞOK HƏDƏ: "Tehranı azad edəcəyik"
Kreml nöqtəni qoydu: "Qara dənizdəki gəmilər məhv ediləcək"
Britaniya və ABŞ rusiyalıları döyüşə hazırlayır? — SENSASİYA