İflic olmamışdan bir neçə gün əvvəl bu 3 əlamət ortaya çıxır

İflic olmamışdan bir neçə gün əvvəl bu 3 əlamət ortaya çıxırBeynin müəyyən hissəsinə qan axınının qəfil dayanması və ya azalması nəticəsində yaranan iflic əsl hadisə baş vermədən bir neçə gün əvvəl özünü müəyyən əlamətlərlə büruzə verə bilər.
KONKRET.az milliaz-a istinadən xəbər verir ki, ketogen pəhrizi və aralıqlı oruc barədə araşdırmaları ilə tanınan Dr. Erik Berq, paylaşdığı videoda iflicdən günlər öncə görünə bilən 3 gizli xəbərdarlıq siqnalına diqqət çəkib.
Şiddətli və qəfil baş ağrısı
Birdən başlayan güclü baş ağrısına ürəkbulanma da qoşulursa, bu, beyində təzyiqin artması ilə bağlı ola bilər. Stress, kortizol yüksəlişi və ya qan şəkərinin qeyri-sabitliyi bu vəziyyəti tezləşdirə bilər.
Keçməyən hıçqırıq
Səbəbi bilinməyən və uzun sürən hıçqırıq, bədəndəki sinir sisteminin disbalansından qaynaqlanaraq iflicdən əvvəl xəbərdarlıq siqnalı ola bilər.
Sinədə ağrı
Ürək ağrısı kimi hiss olunan, lakin damar tıxanıqlığı səbəbindən yaranan sinə ağrısı, qan laxtalanmasının inkişaf etdiyini göstərə bilər. Bu halda ürəyə oksigen çatmır, bu isə həm infarkt, həm də iflic riskini artırır.
Dr. Berg xüsusilə şəkər və nişasta tərkibli qidaların risk yaratdığını bildirərək, bu məhsullardan uzaq durmağı tövsiyə edir.
İflic zamanı görülən əsas əlamətlər (NHS-in məlumatına görə):
Üzün sallanması: Üzün bir tərəfi aşağı düşə bilər, gülümsəmək çətinləşir.
Qolda gücsüzlük: Hər iki qol qaldırıldıqda birində nəzarət itməsi müşahidə olunur.
Danışıqda pozulma: Sözlər anlaşılmaz olur, cümlə qurmaq çətinləşir.

Sağlamlıq       Tarix: 13 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Qrip niyə həftələrlə sağalmır? – Həkim səbəbləri açıqladı

Adətən qripə yoluxan insanlarda xəstəliyin simptomları bir neçə gün ərzində zəifləyir və tədricən aradan qalxır. Lakin son dövrlər yayılan qripəbənzər virus infeksiyalarından sonra öskürək, boğaz ağrısı və halsızlıq kim

Bəşəriyyəti ölümcül bəladan xilas edən peyvənd: 8 yaşlı uşaq üzərində aparılan təhlükəli təcrübə

1796-cı il mayın 14-də ingilis həkim Edvard Cenner tibb tarixinin ən mühüm təcrübələrindən birini həyata keçirdi. O, səkkiz yaşlı bir uşağı qəsdən inək çiçəyi virusuna yoluxdurdu. Bir neçə həftə sonra isə onu dövrün ən qorxul

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Temperatur dəyişir, sağlamlıq risk altına düşür? – Terapevtdən XƏBƏRDARLIQ

Havanın temperaturunun dəyişməsi orqanizmin uyğunlaşma mexanizmlərinə təsir göstərməklə xüsusilə yaşlı insanlar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər üçün müəyyən sağlamlıq riskləri yarada bilər. Belə hava şəraitind

Estetik əməliyyatlar dəbdədir, bəs niyə ayrıca ixtisas kimi tədris olunmur? – AÇIQLAMA

Azərbaycanda estetik əməliyyatlara tələbatın artmasına baxmayaraq, plastik və estetik cərrahiyyənin ayrıca ixtisas kimi tədris olunmaması müzakirə mövzusudur. Bəs bu sahədə ixtisaslaşmanın genişləndirilməsi nə dərəcədə vacibdi

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Azərbaycan səhiyyəsi qlobal reytində son sıralardadır

Azərbaycan səhiyyə xidmətlərinin səviyyəsinə görə 101 ölkə arasında 92-ci sırada qərarlaşıb. yenisabah-a istinadla xəbər verir ki, səhiyyə xidmətlərinin keyfiyyətinə dair hazırlanan reytinq siyahısında Azərbaycan 49 bal toplay

Misofoniyadan əziyyət çəkənlər harada müalicə ala bilər? – ARAŞDIRMA

Misofoniya gündəlik səslərə qarşı güclü qıcıqlanma, qəzəb və narahatlıq hissi ilə müşayiət olunan vəziyyətdir. Azərbaycanda bu vəziyyətin müalicəsi iki dövlət tibb müəssisəsində həyata keçirilir. Misofoniya müəyyən səslər

Vərəm xəstələrinə görüntülü zəng məcburiyyəti: NECƏ OLACAQ?

Vərəm xəstələrinin dərman qəbuluna nəzarət məqsədilə görüntülü zənglər vasitəsilə yoxlanılması bəzi pasiyentlərin narazılığına səbəb olub. Belə ki, evində internet olmayan, yaxud internet paketi almağa maddi imkanı çatmaya


azerbaycan xeberleri son xeberler yeni xeberler en sonxeber sonxeber cəbhədən son məlumat xeberler