Kipr peyvənd edilmiş turistlər üçün ölkəyə giriş qaydalarını yüngülləşdirdi
Kipr peyvənd edilmiş turistlər üçün ölkəyə giriş qaydalarını yüngülləşdirdi
Kipr hakimiyyəti peyvənd edilmiş xarici səyahətçilər, o cümlədən ruslar üçün ölkəyə giriş qaydalarını yüngülləşdirib.
Aprelin 18-dən ölkədə dövlətlərin epidemioloji vəziyyətinə görə təsnifatdan imtina edilib. Həmçinin Larnaka və Pafos hava limanlarına gələn turistlərin öz vəsaitləri hesabına xüsusi CyprusFlightPass xüsusi buraxılış vəsiqəsi əldə etməsi və məcburi PCR testindən keçməsi öhdəliyi də ləğv edilir.
İndi ölkəyə gələn əcnəbilərdən yalnız qüvvədə olan koronavirus peyvənd sertifikatı və ya xəstəliyin keçirilməsi barədə arayış tələb olunur. Kipr iki Rusiya peyvəndini təsdiqləyir – "Sputnik V" və "Sputnik Light".
Peyvənd olunmamış səyahətçilərdən isə əvvəlki kimi, uçuşdan 72 saat əvvəl alınmış mənfi COVID-19 testi, habelə yola düşməzdən 24 saat əvvəl alınmış PCR və ya sürətli test nəticələrini təqdim etmələri tələb olunur.
Tədbirlərin yumşaldılması qərarının Kiprdə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar qəbul edildiyi qeyd edilir.
Daha əvvəl bildirilmişdi ki, Yunanıstan hakimiyyəti yerli sakinlər və xarici turistlər üçün anti-COVID tədbirlərinin əksəriyyətini də ləğv edib. Belə ki, mayın 1-dən avqustun 31-dək istirahət edənlər bar, restoran və digər iaşə obyektlərinin girişində peyvənd sertifikatı və ya COVID-19-un keçirilməsi barədə arayış təqdim etməli olmayacaqlar.
Mənbə: Lenta.ru /oxu.az

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Qazancına görə bütün futbolçuları geridə qoydu
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ