Kirayə vergilərinin 5%-ə qədər enməsi daha effektiv ola bilər' - Ekspert

Kirayə vergilərinin 5%-ə qədər enməsi daha effektiv ola bilər' - EkspertAzərbaycanda mənzillərin kirayəyə verilməsi vergiyə cəlb olunsa da, bu sahədə geniş yayılmış qeyri-rəsmi əməliyyatlar mövcuddur. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Qurumdan bildirilib ki, kirayə prosesinin şəffaflaşdırılması üçün inzibatçılığın sadələşdirilməsi və kirayə gəlirləri üzrə vergi yükünün azaldılması planlaşdırılır. Şəffaflığı artırmaq məqsədilə fiziki şəxslərə məxsus mənzillərin kirayəsindən əldə olunan gəlirlər üzrə vergi dərəcəsi 14%-dən 10%-ə endiriləcək ki, bu da vergi yükünün təxminən 30% azalması deməkdir.
İqtisadçı Xalid Kərimli azxeber.com-a açıqlamasında deyib ki, kirayə gəlirlərində vergi həmişə olub:
"Kirayə gəlirlərində vergi həmişə olub. Sadəcə, bazarda bunu müəyyənləşdirmək və real şəkildə tətbiq etmək çətin idi. Kirayə verənlə kirayə alan arasında çox vaxt qeyri-formal münasibətlər mövcud olur. Nə kirayə verənin, nə də kirayə alanın müqaviləni rəsmiləşdirməyə marağı olmur. Çünki vergi ödəniləndə kirayə qiyməti avtomatik olaraq artır. Həm kirayə verən, həm də kirayə götürən kirayə haqqının vergi qədər qalxmasını istəmir. Buna görə də tərəflərin marağı qeyri-formal münasibətləri qorumağa yönəlir. Kirayə verən də əlavə gəliri rəsmiləşdirib vergi ödəməyə motivasiya tapmır".
Ekspert bildirib ki, problemi aradan qaldırmaq üçün isə hökumət prosesi sadələşdirmək istəyir:
"Hökumət prosesi sadələşdirmək istəyir. Məsələn, təklif olunur ki, kirayə müqaviləsinin qeydiyyatı birbaşa vətəndaşın özü tərəfindən yox, agentlik vasitəsilə həyata keçirilsin. Çünki kirayə verənlərin böyük əksəriyyətinin vergi qeydiyyatı yoxdur və vergi hesabatı doldurmaq onlar üçün çox vaxt "baş ağrısı"na çevrilir. Gəlirin əvvəlcə deklarasiya edilməsi, sonra verginin hesablanması, hesabatların verilməsi bütün bunlar texniki cəhətdən çətin prosesdir. Hökumət həm hesabatlılığı sadələşdirir, həm də vergi dərəcəsini aşağı salmaqla yükü azaltmağa çalışır".
X.Kərimli qeyd edib ki, onsuz da mövcud 14%-lik vergini tam toplamaq mümkün olmurdu:
"Bu addımlar həm nəzarəti gücləndirməyə, həm də bazarı legallaşdırmağa yönəlib. Mən ümumilikdə vergi yükünün azaldılmasının tərəfdarıyam. Hətta 10%-dən də aşağı salınmasının daha məqsədəuyğun olacağını düşünürəm. Təxminən 5%-ə qədər enməsi daha effektiv ola bilər. Çünki bu bazarda vergi ödəmə mədəniyyəti hələ formalaşmayıb. Bu mədəniyyəti tədricən yaratmaq lazımdır, daha sonra dərəcələrə yenidən baxıla bilər".
Şahanə Ziyad

Sosial       Tarix: 27 noyabr 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Bakıda qardaş kürəyindən bıçaqlandı - Bacı şübhəli bilinir

Bakının Suraxanı rayonunda qardaşla bacı arasında bıçaqlanma hadisəsi baş verib. 1990-cı il təvəllüdlü Qurbanov Rəfael Səfərəli oğlu bacısı Qurbanova Sura Səfəralı qızını bıçaqlayıb. Daha sonra S.Qurbanova da qardaşını kürəyində

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind


azerbaycan xeberleri yeni xeberler son xeberler bu gunun xeberleri sosial yardim hava xeberlər