Kişilər Yeni ildə hansı hədiyyələri gözləyir - ƏN YAXŞI HƏDİYYƏ İDEYALARI + VİDEO

Kişilər Yeni ildə hansı hədiyyələri gözləyir - ƏN YAXŞI HƏDİYYƏ İDEYALARI + VİDEO Kişilər Yeni ildə hansı hədiyyələri gözləyir - ƏN YAXŞI HƏDİYYƏ İDEYALARI + VİDEO
"Onlar nə qədər böyüsələr də, qəlbən hələ də uşaqdırlar" – kişilər barəsində deyilən bu ifadə yəqin hər kəsə tanışdır. Onlar emosiyalarını yaxşı gizlədə bilsələr də, Yeni ildən möcüzə gözləyirlər. Əgər hələ də həyatınızdakı "böyük uşağı" sevindirəcək hədiyyə tapa bilməmisinizsə, bu məqalə sizin üçündür. "Kontakt Home" kişilərin istəklərini nəzərə alaraq, onları sevindirə biləcək Yeni il hədiyyələrinin siyahısını hazırlayıb. 
1. SMARTFON
Kişilərə smartfon seçərkən funksionallığına çox böyük önəm vermək lazımdır. Çünki onlar eynilə uşaqlar kimi, telefonlarında film izləməyi, musiqi dinləməyi və mobil oyunlar oynamağı sevirlər. Eyni zamanda davamlı olaraq e-poçtları yoxlamaq və xəbərləri oxumaq üçün internetə bağlanırlar. Sevdiyiniz kişinin bütün istəklərini qarşılaya biləcək smartfon olaraq 2020-ci ilin modeli olan "Samsung galaxy Note 20" məsləhət görürük. Smartfonun boz korpusu kişini başqalarının yanında soyuq görsədə, funksionallığı ilə isə evdə əsl uşağa çevrilə bilər.
2. GENİŞ EKRANLI TELEVİZOR
Futbol, film və ya sadəcə maraqlı TV şou 4K keyfiyyətli televizorlarla daha maraqlı və canlıdır. Ona bu ilin ən populyar 2 modelini: 109 sm-lik LG Televizorunu, daha geniş ekran sevənlər üçün isə "Samsung"un 127 sm-lik bu modelini hədiyyə etməyinizi təklif edirik. 4K televizorlarla futbol matçlarını izləyərkən özünü stadiondakı kimi hiss edəcək. "Playstation" həvəskarları üçün də 4K televizoru ən gözəl tandemdir. Əgər deyirsiniz ki, o, oyun oynamağı və matç izləməyi sevmir, ona yenə də televizor hədiyyə edin, evinizdə əsl kiçik kinoteatr yaradın. Sevdiyiniz filmləri birlikdə izləyin. İnanın ki, bu universal hədiyyə ilə siz heç vaxt uduzmayacaqsınız.
3. PLAYSTATION 4
Qəlbən hələ də uşaq olan kişilər üçün ən ideal hədiyyə "Sony Playstation-4" ola bilər. "Playstation"la o, artıq bütün asudə vaxtını evdə keçirəcək, buna əmin ola bilərsiniz. Çünki indi o, sevdiyi oyunlarını oynaya bilmək üçün internet klublara getməyəcək. Üstəlik, elə siz də sevdiyinizə qoşulub bir yerdə vaxt keçirə bilərsiniz. Bir sözlə, Yeni il gecəsi onun üçün əsl Qar qızı olmaq istəyirsinizsə, ona mütləq "Playstation" hədiyyə edin. 
4. TRIMMER 
Həyatınızdakı kişi xüsusi qapanmaları səbəb göstərərək əsl "Şaxta Babaya" çevirilibsə, ona"Panasonic Trimmer"hədiyyə edin. Dörd başlıqlı "trimmer" ilə onun artıq üzünü qırxmamaq üçün heç bir səbəbi qalmayacaq. Hətta o, bu hədiyyəyə həvəslənib öz saçlarına da əl gəzdirəcək. Yeni il endirimləri bitmədən bu möhtəşəm hədiyyəni kontakt.az-dan sifariş edin.
5. MUSİQİ MƏRKƏZİ 
Audotexnika - yaşından aslı olmayaraq, hər kişinin arzusudur. Əgər həyat yoldaşınız və ya qardaşınız musiqi dinləməyi çox sevirsə, onun bu Yeni ilini unudulmaz edəcək hədiyyə HOFFMANN musiqi mərkəzidir. Bu musiqi mərkəzi ilə əsl Yeni il şənliyini evinizə gətirə və eləcə də boş vaxtlarınızda birgə karaoke oxuya biləcəksiniz. Üstəlik indi kontakt.az saytında bu hədiyyəni xüsusi endirimlə tapa bilərsiniz.
6. DƏBLİ QULAQLIQLAR 
Əgər o musiqisevərdirsə, siz isə daha çox sakitçiliyə üstünlük verirsinizsə, o zaman sevdiyiniz kişiyə simsiz qulaqlıq hədiyyə edin. Beləliklə, o, sevdiyi mahnılara sizə mane olmadan qulaq asa biləcək. Lakin siz bu hədiyyə ilə həm də onu xoşbəxt etmək istəyirsinizsə, JBL brendinin geniş çeşidlərindən seçim edə bilərsiniz. Bu hədiyyə ilə o, həm dəbli görünə, həm də vacib zənglərə asanlıqla cavab verə biləcək. 
7. BUZ HAZIRLAYAN QURĞU
O, bağ evində və ya təbiətdə vaxt keçirməyi sevir, lakin içkilərin sərin qala bilməməsindən hər zaman narazılıq bildirirsə, ona "Gorenje" buz hazırlayan hədiyyə edin. Bu cihaz soyuducunu əvəz edərək, ərzaqlarınızın təzə və içkilərinizin sərin qalmasına kömək edəcək. Sizi əmin edirik ki, bu buz hazırlayan ilə siz onun ürəyinin buzlarını əridə biləcəksiniz. 
8. ELEQANT QOL SAATI
Sevdiyiniz kişiyə saat hədiyyə edin. Qədimdən bu günə qədər saat kişilər üçün ən aktual hədiyyə hesab olunur. Çünki kişilər saatdan yalnız vaxta baxmaq üçün istifadə etmirlər. Qolundakı saat həm də onların cəmiyyətdə olan statusunun göstəricisidir. Əgər həyatınızdakı kişinin sizin üçün dəyərli olduğunu bildirmək istəyirsinizsə, "Casio" brendinin geniş çeşidlərindən seçim edin. 
9. TƏMİR ÜÇÜN PEŞƏKAR ALƏTLƏR 
Evinizdə kiçik təmir işləri olunmalıdır, lakin "evinizdəki ustanın" bu işləri görməsi üçün keyfiyyətli alətləri yoxdur. O zaman, ona "Bosch" zərbəli drelini hədiyyə edin. Bu hədiyyəni sevdiyiniz çox bəyənəcək, çünki artıq o, kiçik təmir işlərini görərək sizin qəhramanınıza çevrilə biləcək. Axı sirr deyil ki, bütün kişilər xanımların gözündə qəhraman olmaq istəyir. 
Yeri gəlmişkən, "Kontakt Home"da Yeni ilə özəl 50 faizədək endirim kampaniyası hələ də davam edir! Elə indi kontakt.az saytına keçid edin və seçdiyiniz məhsulları evdən çıxmadan, xüsusi endirimlə düz qapınıza, pulsuz sifariş edin. Ödənişi həm onlayn, həm də qapıda nağd, bank və ya taksit kartları ilə edə bilərsiniz. Taksit kartınız varsa, endirimli qiyməti faizsiz hissələrə də bölə bilərsiniz. Məhsulları ilkin ödənişsiz, 24 ayadək faizsiz kredit şərtləri ilə də almaq imkanınız var.
Bunlardan əlavə, bu dəfə də "Kontakt Home" "Şeş-Qoşa" kampaniyası ilə Yeni il hədiyyənizi pulsuz almaq imkanı da yaradır. Belə ki, yanvarın 18-dək Kontakt.az-dan etdiyiniz hər nağd sifarişə görə sizə xüsusi kupon və akt təqdim olunacaq. Bu kupon və aktla birlikdə 1-15 fevral tarixləri arasında istənilən "Kontakt Home" mağazasında yaxınlaşaraq zər ata bilərsiniz. Bəxtinizə şeş-qoşa (6 qoşa) düşərsə, aldığınız məhsulun pulu sizə 100% geri qaytarılacaq.
Bir də sonda bir məsləhətimiz də var. Yeni il qabağı çatdırılma xidmətinin yükləndiyini nəzərə alaraq, hədiyyənizi vaxtında almaqçün sifarişinizi indidən verin.
Onlayn sifariş prosesi ilə ətraflı tanış olmaq üçün aşağıdakı videotəlimata baxa bilərsiniz:

/oxu.az

Sosial       Tarix: 24 dekabr 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bugun 2026 enson xeberler son xeberler az cəbhədən xəbər