KİV: "Nikol Paşinyan ABŞ-nin köməyi ilə Cənubi Qafqazda gərginliyi artırır

KİV: "Cənubi Qafqazda düşünülmüş, məqsədyönlü və planlı şəkildə gərginlik yaradılır. Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-nin köməyi ilə gərginliyi artırır. Ermənistan ordusu qardaşlarımız Azərbaycana qarşı bədnam hücumlarını sürətləndirir, ABŞ və Ermənistan birgə təlimlər keçirir".
Bu barədə Tükiyənin "Takvim" qəzeti yazıb.
Məqalədə bildirilib ki, İrəvan Rusiya Prezidenti Vladimir Putinin Ermənistan ərazisinə girəcəyi təqdirdə həbs olunacağını iddia etməklə, kritik həddi keçir. "Bəs, niyə ABŞ Paşinyanı çox təhlükəli istiqamətdə aparır? Vaşinqton Türkiyə Prezidenti Rəcəb Tayyıb Ərdoğanla Putinin birliyinə qısqanclıqla yanaşır və bu ittifaqdan narahatdır. Ərdoğan ABŞ-yə səfərinə başlayarkən İstanbul hava limanında çox vacib açıqlama verdi: "Biz Türkiyə olaraq Qarabağ məsələsində dördtərəfli zirvə görüşünün keçirilməsini təklif etmişik. Putin, Əliyev, mən və Paşinyan dördlük olaraq bir yerdə görüşək".
Yazıda qeyd olunub ki, hazırda N.Paşinyan ABŞ-Qərblə oynamağa çalışır: "Ərdoğanın təklifi yeni bir yol açılmasıdır. ABŞ NATO qapılarını Ermənistanın üzünə açaraq Rusiyaya təzyiq göstərməyə çalışır. Bəs, Rusiya Paşinyanın ABŞ-la münasibətinə göz yumacaqmı? O, heç vaxt göz yummur".
Məqalədə xatırladılıb ki, Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və R.T.Ərdoğan 2021-ci il iyunun 15-də Şuşada birgə Bəyannamə imzalayıblar: "Bu çərçivədə Ərdoğan böyük bir addım atdı. Ankara ABŞ-Ermənistan təlimlərinə cavab olaraq sentyabrın 18-30-da birgə "Qafqaz Qartalı" təlimləri keçirəcək. Eyni tarixlərdə Türkiyə və Pakistanın Əbədi Qardaşlıq - II təlimi keçiriləcək".
Qəzet yazıb ki, 44 günlük Qarabağ müharibəsi həm Azərbaycan-Ermənistan münasibətlərində, həm də Türkiyənin Cənubi Qafqaz siyasətində mühüm dönüş nöqtəsi oldu: "Prezident Ərdoğan Cənubi Qafqazın artan strateji əhəmiyyətini çox yaxşı görərək geosiyasi və geoiqtisadi gedişlər edir. Türkiyə-Azərbaycan ittifaqı Cənubi Qafqazda da mühüm dinamikanı dəyişdirir".
///Report

Siyasi       Tarix: 18 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində


yeni xeberler azerbaycan xeberleri son xeberler novruz bayramı kriminal xeber beynelxalq bank mezenne son xəbərlər azərbaycanda