KİV: Putin Ukrayna ilə atəşkəs üçün Trampa bir sıra şərtlər irəli sürüb
Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampın təklif etdiyi 30 günlük atəşkəs üçün şərt kimi Ukraynaya bütün silah tədarükünün dayandırılmasını tələb edib.
KONKRET.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Qeyd edilib ki, liderlər martın 18-də telefon danışığı zamanı bu məsələni müzakirə edəcəklər.
Avropanın yüksək rütbəli rəsmisi və Moskvadakı üç mənbə bildirib ki, Rusiya lideri ötən həftə Trampın nümayəndəsi ilə görüşdə silah satışını dayandırmağın atəşkəs üçün ilkin şərt olduğunu deyib.
"Bloomberg" qeyd edib ki, Avropalı müttəfiqlər Rusiyanın Ukraynaya silah tədarükünün dayandırılması tələbindən narahatdırlar və hesab edirlər ki, belə bir nəticə Rusiyaya atəşkəs zamanı yenidən silahlanmağa imkan verəcək, Ukrayna isə zəruri hərbi dəstəkdən məhrum olacaq.

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir