KİV: "Rusiyada səfərbərlikdən yayınan şəxslər məsuliyyətə cəlb ediləcək"
Rusiya Dövlət Dumasının deputatları Cinayət Məcəlləsinə səfərbərlik üçün hərbi xidmətdən yayınmaya görə cəzanı nəzərdə tutan dəyişiklik layihəsini aşağı palataya təqdim edəcəklər.
KONKRET.az xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti məlumat yayıb.
Bildirilib ki, səfərbərlikdən imtina edən şəxslər 200 mindən 500 min rubla qədər cərimələnə bilərlər.
Həmçinin, onlar beş il müddətinə azadlıqdan məhrumetmə cəzası ala bilər.
Qanun layihəsinin müəlliflərindən biri olan Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə Komitəsinin sədr müavini Ernest Valeevin sözlərinə görə, 1941-ci ildən bu yana ölkədə səfərbərlik olmayıb. Mövcud yayınma maddəsi yalnız təcili hərbi xidmətə ilk dəfə çağırılanlara şamil edilir:
"Dövlətlə vətəndaş münasibətləri şəxsin ilk dəfə hərbi xidmətə çağırılıb-çağrılmamasından asılı olmayaraq hamı üçün eyni olmalıdır. Ona görə də biz sadəcə olaraq qanunvericilikdəki boşluğu aradan qaldırırıq".
Qeyd edək ki, oktyabrın 28-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinə sentyabrın 21-də elan edilmiş qismən səfərbərliyin başa çatması barədə hesabat verib. Nazirin sözlərinə görə, 300 min nəfər hərbi xidmətə çağırılıb.
İqbal Rzayev,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü