Kiyevdə erməninin azərbaycanlı tələbələrə silahlı hücumunun görüntüləri ortaya çıxıb - VİDEO

Kiyevdə erməninin azərbaycanlı tələbələrə silahlı hücumunun görüntüləri ortaya çıxıb - VİDEOKiyevdə erməninin azərbaycanlı tələbələrə silahlı hücumunun görüntüləri ortaya çıxıb - VİDEO
Xəbər verildiyi kimi, iyulun 24-də saat 21:30-da (Bakı vaxtı ilə saat 22:30-da) Kiyevdə dörd azərbaycanlı tələbəyə hücum edilib. Rəsmi şəkildə hücumun Ukraynadakı erməni diasporunun nümayəndəsi tərəfindən həyata keçirildiyi məlum olub.
Etibarlı mənbələrdən Media.Az-a daxil olan məlumata görə, o, 21 noyabr 1980-ci il təvəllüdlü Opinisyan Edqar Zavenoviçdir.
Tapança ilə silahlanan şəxs soyuqqanlı şəkildə tələbələrimizə atəş açıb, bundan sonra isə 50-RV-100 dövlət nömrə nişanlı "Mercedes Gelandewagen" markalı maşınla hadisə yerindən uzaqlaşıb.
Kiyevdə erməninin azərbaycanlı tələbələrə silahlı hücumunun görüntüləri ortaya çıxıb - VİDEOHücum nəticəsində iki azərbaycanlı yaralanıb. Onları Kiyevdəki 8 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar. Azərbaycan vətəndaşı Nicat Kərimov ayağından güllə yarası alıb. Oxşar xəsarət alan ikinci zərərçəkən Azər Abbasova hadisə yerində tibbi yardım göstərilib. Ərazidə daha sonra 9 millimetrlik gilizlər tapılıb.
Azərbaycanın Ukraynadakı səfirliyi vəziyyəti nəzarətdə saxlayır.
Media.Az-a bugünkü müsahibəsində rezonans doğuran hadisəni şərh edən Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova bildirib ki, cinayət işi açılıb, lakin yazılı müraciət, şikayət olmadan araşdırma aparmaq çətindir.
Bununla yanaşı, bu gün Media.Az hadisə yerindən daha əvvəl heç bir yerdə dərc olunmamış eksklüziv videokadrları tapmağa müvəffəq olub. Kadrlarda tələbələrimizlə söhbət zamanı erməni mənşəli olmasını etiraf edən yetkin kişinin onlara soyuqqanlı şəkildə atəş etdiyi dəqiq görünür.

Biz, həmçinin, öyrənə bildik ki, erməni tərəfi cinayətdən dərhal sonra günahkarların törətdikləri əmələ görə məsuliyyətə cəlb edilməməsi üçün istənilən yolla işi ört-basdır etməyə çalışıb. Təəssüf, lakin bizə məlum oldu ki, Ukraynada yaşayan bəzi vicdansız azərbaycanlılar bu məsələdə onlara kömək ediblər, xəsarət alan tələbələrə təzyiq göstəriblər.
Göründüyü kimi, belə azərbaycanlılardan biri də Ukrayna Azərbaycanlı Gəncləri Radasının sədri, müğənni Vaqif Nağıyevdir. O, gözlənilmədən erməninin azərbaycanlı tələbələrə hücum etməsi faktını təkzib etməyə başlayıb və hər şeydə Azərbaycan mətbuatını günahlandırıb. Yeri gəlmişkən, erməni tərəfi onun ifadəsindən məmnuniyyətlə öz xeyrinə istifadə edib.
Ümid edirik ki, sonda həqiqət qalib gələcək və günahkarlar cəzalandırılacaq, Vaqif kimi azərbaycanlıların hərəkətlərinə görə isə çox, çox utanırıq...

Siyasi       Tarix: 06 avqust 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

İlham Əliyev Si Cinpini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətil

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət


yeni xeberler azerbaycan xeberleri son xeberler xankendi qurban bayrami 2026 maşın realiti şou xeber az