Köçəryanla bağlı ŞOK İDDİA

Köçəryanla bağlı ŞOK İDDİAErmənistanda seçki öncəsi siyasi ritorika daha da sərtləşir.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, Paşinyana yaxınlığı ilə tanınan "Baqramyan 26" teleqram kanalı keçmiş prezident Robert Köçəryanı və ona yaxın siyasi qüvvələri Kremlin maraqları naminə Ermənistana iqtisadi təzyiq göstərmək istəməkdə ittiham edib.
Kanalın paylaşımında qeyd olunur ki, Köçəryan jurnalist Petros Kazaryana verdiyi son müsahibədə Vayots Dzor vilayətinin rəhbəri Vahan Arsenyan barədə səsləndirdiyi ittihamlarla dolayısı şəkildə mühüm detalı etiraf edib. pizza hut
"Baqramyan 26" iddia edir ki, Arsenyanın əsas səhmdarı olduğu "Jermuk Group" şirkətinin istehsal etdiyi mineral su ilə bağlı Rusiyanın istehlak nəzarəti qurumu tərəfindən qəfil problemlərin aşkarlanması təsadüfi deyil və bu proses arxasında Ermənistandakı revanşist dairələrin Moskva ilə əlaqələri dayanır.
Paylaşım müəllifləri iddia edirlər ki, Robert Köçəryana yaxın siyasi qüvvələr Rusiyadakı kuratorları ilə görüşlər zamanı Kremlin Ermənistana daha sərt iqtisadi təsir göstərməsini istəyiblər. Kanalın versiyasına görə, məqsəd Ermənistan sahibkarlarına və ixrac sektoruna təzyiq göstərərək seçki davranışına təsir etmək olub.
Bu kontekstdə daha əvvəl müstəqil deputat Geqam Nazaryanın açıqlamaları da xatırladılır. Nazar­yan bildirmişdi ki, bəzi erməni siyasətçiləri Moskvadakı tərəfdaşlarına Ermənistan vətəndaşlarının iqtisadi təzyiqlərə həssas olduğunu söyləyərək çiçək ixracatçılarına, çiyələk istehsalçılarına, şərab və konyak istehsalçılarına zərbə vurulmasının seçicilərin mövqeyinə təsir edə biləcəyini iddia ediblər.
Paşinyana yaxın kanal bütün bunları Kremlin Ermənistandakı "təsir agentləri"nin fəaliyyəti kimi təqdim edir və Robert Köçəryanın çıxışını həmin ittihamların dolayı təsdiqi kimi şərh edir. Kanal müəlliflərinin fikrincə, Ermənistana qarşı iqtisadi təzyiq çağırışları seçki mübarizəsində Moskva faktorunun rolunu açıq göstərir.
Bununla belə, Robert Köçəryan və komandası bu ittihamlarla bağlı rəsmi mövqe açıqlamayıb.

Siyasi       Tarix: 31 may 2026
f Paylaş

Oxşar xəbərlər

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI

Böyük Britaniya hökuməti Ukraynaya qarşı ölkə tarixində misli görünməmiş miqyasda – ümumilikdə 10 milyard funt sterlinq (təxminən 12 milyard avro) dəyərində yeni nəhəng maliyyə, iqtisadi və hərbi dəstək paketinin ayrıldığın

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbər.az xeber axsam az xeberler kriminal