"Köhnə ritorika işə yaramadı, ermənilər yeni variantdan hələ ki əl çəkməyib" - ŞƏRH

Ermənistan Azərbaycana ərazi iddiasını başqa müstəviyə keçirib. 35 il ərzində öz niyyətinə nail ola bilməyən ermənilərin Qarabağla bağlı yeni planları var. Bu dəfə onlar xalqların mövcudluq hüququndan yararlanmağa çalışırlar.
KONKRET.az-a açıqlamasında siyasi şərhçi Turab Rzayev xalqların mövcudluq hüququnun yeni anlayış olduğunu bildirib:
"1988-ci ildə "miatsum"la başlayan hərəkatın ideyasında bir "artsax xalqı" vardı. Bu toplum müstəqil olmaq, öz müqəddəratını təyin etmək, ya da Ermənistana birləşmək istəyirdi. Ermənilər uzun müddət bu prizmadan, Azərbaycan isə ərazi bütövlüyü prizmasından çıxış edib. Qarşı tərəf geri çəkilmədikcə, bu münaqişə daha da alovlandı. Ancaq 44 günlük müharibəylə biz bu mifi dağıtdıq.
Bundan sonra nə Qarabağ müstəqil ola, nə də Ermənistana birləşə bilər. Eyni zamanda, Azərbaycan faktlarla sübut etdi ki, orada yaşayan "artsax xalqı" deyil. Qarabağda Azərbaycan vətəndaşı olan erməni əhalisi yaşayır. Ermənilər də artıq Azərbaycanın tarixi ərazilərində öz müqəddəratlarını təyin ediblər. Qarabağdan beş-on kilometr aralıda Ermənistan adlı respublika yaradıblar. Kim müqəddəratı təyin olunan ərazidə yaşamaq istəyirsə, buyurub, Ermənistana gedə bilər. Məsələ bu şəkildə qoyulduqdan sonra 44 günlük müharibədə ermənilərin ümidləri puç oldu. Bundan sonra Ermənistan rəhbərliyi səviyyəsində Qarabağın Ermənistana birləşdirilməsi müzakirə olunmur. Ən yaxşı halda oradakı ermənilərin hüquqları və təhlükəsizliyi məsələsinə toxunulur.
Nikol Paşinyan 44 günlük müharibədən əvvəl belə görürdü ki, köhnə ritorika ilə davam etmək mümkün olamayacaq, ona görə yeni variant işə düşdü. Burada xalqların mövcudluq hüququ əsas götürülür. Yəni bir xalq bir yerdə yaşayırsa və onun mövcudluğuna təhlükə varsa, o zaman həmin xalq qorunmalıdır. Burada Kosovonu misal çəkirlər. Liviyada Fransanın yerli xalqı Qəddafi hakimiyyətindən qorumaq bəhanəsi ilə hava məkanını bağlaması da məhz bu prinsipə əsaslanırdı. Bunu Suriyada da tətbiq etmək istədilər. Bu əslində hüquqda yeni prinsipdir və BMT-nin nizamnaməsində öz əksini tapmayıb. Ermənilər də buna güvənirdi. Ona görə də heç Laçın yolu bağlanmadan qabaq, ekofəallar ora getməzdən əvvəl Paşinyan mütəmadi soyqırımdan danışırdı. Deyirdi ki, Azərbaycan Qarabağda soyqırım törədəcək.
İndi Laçın yolu Azərbaycanın nəzarətinə keçdikdən sonra "orada ərzaq böhranı yaranıb, insanlar acından ölür", – deyə Paşinyan haray qoparıb.
Hətta bununla bağlı argentinalı professora kitab da yazdırıblar. Guya oradakı insanların ac qalması soyqırımdır. Bütün bunlarla sübut etməyə çalışırlar ki, guya Qarabağda "artsax xalqı"nın mövcudluğuna təhlükə var. Bununla onlar beynəlxalq birliyin məsələyə müdaxilə etməsinə nail olmağa çalışırdılar. Məsələnin BMT-nin nəzarətinə keçməsinə, Azərbaycanın müdaxilə imkanlarının azalmasına nail olmaq istəyirdilər. Amma bunu sübut edə bilmədilər. Biz öz sübutlarımızı ortaya qoyduq və bundan sonra nə NATO, nə də BMT Azərbaycan ərazisinə müdaxilə etmək fikrində olacaq. Bununla da ermənilər istədiklərini ala bilmədilər.
İndi qarşı tərəf sərhəddə və Qarabağ ərazisində qarışıqlıq yaratmağa, təxribata çalışır ki, Azərbaycan onlara cavab versin. Münaqişə zamanı 3-5 erməni ölsün və dünyaya göstərsinlər ki, baxın Azərbaycan soyqırım aparır. Onların "humanitar böhran" şousu alınmadı, indi hadisələri bu istiqamətdə inkişaf etdirmək istəyirlər. Amma bu "humanitar böhran" şousu hələ davam edəcək, çünki qarşı tərəf ritorikanı dəyişib. Sübut eləməyə çalışır ki, Azərbaycan Qarabağdakı erməniləri etnik təmizləməyə məcbur edir. Ola bilsin, yenidən bir şou təşkil etsinlər, yəni ümumi olaraq bu istiqamət davam edəcək".
Vəli Həsənov,
KONKRET. az

Siyasi       Tarix: 22 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha


son xeberler azerbaycan xeberleri yeni xeberler son xəbərlər azərbaycanda son xeberler bugun 2026 canli qarabag ən son xəbər