İlham Əliyev Münhendə sülh mesajı verdi: "Ermənistan Konstitusiyası dəyişməsə..."

İlham Əliyev Münhendə sülh mesajı verdi: "Əliyev Münhendə Azərbaycan telekanallarına müsahibəsində Ermənistanla sülh sazişinin Paşinyanın istədiyi kimi, seçkidən öncə – kostitusiyaya dəyişiklik olmadan imzalanması perspektivinə aydınlıq gətirib."
İlham Əliyev Münhendə sülh mesajı verdi: KONKRET.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib.
O, qeyd edib ki, Prezident bildirib: "Ermənistan konstitusiyasına lazımi dəyişikliklər edilməlidir. O dəyişikliklər edilən kimi, ertəsi gün biz sülh müqaviləsini imzalaya bilərik. Amma buna baxmayaraq, mən hesab edirəm ki, artıq Ermənistanla Azərbaycan arasında sülh əldə edilib. Vaşinqton Zirvə Görüşündəki razılaşmalar, imzalanmış Birgə Bəyannamə və sülh müqaviləsinin paraflanması de-fakto sülh deməkdir. Bunun formal tərəfi Ermənistandan asılıdır. Konstitusiyaya nə qədər tez dəyişiklik edilərsə və Azərbaycana qarşı olan ərazi iddiası oradan çıxarılarsa, sülh müqaviləsi o qədər də tez imzalanacaq".
Şərhçinin sözlərinə görə, Ermənistan hakimiyyəti Azərbaycanla sülh sazişinin seçkilərə qədər imzalanmasını gündəliyinə daxil edib. Rəsmi İrəvan konstitusiyaya dəyişikliklə bağlı referendumu isə seçkilərdən sonra keçirmək niyyətindədir və iddia edir ki, bu dəyişiklik olmadan sülh sazişini imzalamaqda heç bir problem yoxdur. Paşinyan sülh sazişini imzalamaqla seçkidə əlini gücləndirməyi planlaşdırır, lakin konstitusiya dəyişmədən bunun olması risklidir. Prezident İlham Əliyev də şərtlər yerinə yetirilmədən müqavilənin imzalanmasının Bakının gündəliyinə daxil olmadığını bir daha bəyan etdi.
KONKRET.az

Siyasi       Tarix: 14 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri müzakirə edilib. bu barədə Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsind

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat


yeni xeberler azerbaycan xeberleri son xeberler sou xeberler cəbhədən son xəbərlər futbol xeberleri son.xeberler