Kolerov: "Qarabağ bütün Azərbaycanın nəzarətinə keçəcək, sülhməramlıların mandatı uzadılmayacaq"
"Yavaş-yavaş Qarabağdakı bütün torpaqlar Azərbaycanın nəzarətinə keçəcək və orada yaşayan ermənilər ancaq Xankəndidə qalacaq".
KONKRET.az xəbər verir ki, bu barədə rusiyalı tarixçi "Regnum" xəbər agentliyinin baş redaktoru Modest Kolerov bildirib. O deyib ki, Qarabağdakı bütün torpaqlar Azərbaycanın nəzarətinə keçəcək və orada yaşayan ermənilər ancaq Xankəndində yaşayacaq.
"Yavaş-yavaş Qarabağdakı bütün torpaqlar Azərbaycanın nəzarətinə keçəcək və orada yaşayan ermənilər ancaq Xankəndində qalacaq. Ermənilər bu ərazidə ancaq orada yaşayacaqlar", – Kolerov deyib.
Rusiya sülhməramlılarının mandatı barədə danışan tarixçi qeyd edib ki, onların mandatı uzadılmayacaq:
"Rusiya sülhməramlılarının Qarabağdakı mandatı uzadılmayacaq. Orada Azərbaycana sülhməramlılar lazım deyil, Ermənistan da onlara görə heç nə etmir".
Kolerov İrəvanın "ölmüş" Minsk qrupundan nə istədiyini başa düşmədiyini deyib.
"Rusiya Minsk danışıqlar formatından çıxıb və bu barədə dəfələrlə danışıb. İrəvan nə edir? "Minsk qrupu"nun digər həmsədrlərini qucaqlayıb öpür, sanki belə olmalıdır. "Minsk qrupu"nun üzvlərindən biri onu tərk edibsə, digər ikisi artıq qeyri-legitimdir. Niyə onlara girişirsən? Ermənistan bununla nəyi göstərmək istəyir? Niyə Rusiya ilə maraqlanmırsan, artıq Rusiyanı "tabutda" görmüsən?! Bundan sonra sülhməramlıların qalmasını istəyirsiniz?", – deyə tarixçi qəzəblənib.
O, Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putinin danışıqlarının formal xarakter daşıdığını vurğulayıb.
"Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putinin danışıqları sadəcə görünüşdür.
Paşinyan gecə-gündüz Brüsseldə gəzir, sonra "Minsk qrupu"ndan danışır. Yəni o, sülhməramlılar belə istəyir? Yoxsa artıq əfsanəyə çevrilmiş "Minsk qrupu" ona yeni sülhməramlılar göndərəcəyinə söz verib? Amma yox. Orada ruslardan başqa heç kim yoxdur", – deyə Kolerov qeyd edib.
Xuraman Etibarlı,
KONKRET.az

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?