Kolleclərə qəbul üçün 6 minə yaxın abituriyent ərizəsini təsdiqlədib
2022/2023-cü tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında ərizə qəbulu davam edir.
Dövlət İmtahan Mərkəzindən azxeber.com-a bildirilib ki, ərizələrin qəbulu aprelin 25-dək internet vasitəsilə aparılır. Aprelin 7-da saat 13:30-a olan məlumata görə, 5693 nəfər (Azərbaycan bölməsi - 5518, rus bölməsi - 175) ərizəsini təsdiqlədib.
Abituriyentlər DİM-in internet saytının ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra istifadəçi adı və parolu vasitəsilə DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər).
Müsabiqədə iştirak ödənişlidir. Abituriyent ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği "Şəxsi kabinet"indəki hesabına əlavə edir və həmin məbləğ ərizə təsdiq olunduqda müvafiq hesabdan çıxılır.
Abituriyentin imtahanda dövlət büdcəsinin vəsaiti hesabına və ya ödənişli əsaslarla iştirak etməsi barədə məlumat "Abituriyentin elektron ərizəsi" proqramı tərəfindən abituriyentə təqdim olunur.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı